Bakıda ”webtəhsil” konfransı keçirildi

14-03-2013 / 21:10
Xəzər Universitetində “webtəhsil” konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfrans   Microsoft Azərbaycan, IREX Azərbaycan, Təhsil Nazirliyinin “Elekton Təhsil” Respublika müsabiqəsi,  Mədəd Azərbaycan, Azərbaycan İnternet Forumunun dəstəyi ilə “Youth Network of Azerbaijan” Gənclər Təşkilatı tərəfindən keçirilib. Konfransın keçirilməsində məqsəd Azərbaycan təhsil sistemində internet resurslarından və internetin yaratdığı digər imkanlardan istifadə olunmasına təkan vermək, yeni texnologiyların təhsildə tətbiq olunması məsələsini gündəmə gətirmək məqsədi ilə təşkil olunub.
 
Konfrans Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylinin çıxışı ilə başlanıb. Ə. Əmirbəyli Xəzər Universitetinin təhsil sistemində yeni texnologiyaları necə tətbiq etdiklərinə aydınlıq gətirib. Panelin qonaqları Mürsəl Əliyev (www.telebe.az resurunun təsisçisi), Rəşad Əliyev (www.ilkaddimlar.com resursunun təsisçisi), Elgüc Yusifbəyli(www.technet.az resursunn təsisçisi), Elvin Hacılı (www.cavablar.net və www.xaricidil.net resurslarının təsisçisi ), Azər Cabbarov (www.oxu.tv resursunun təsisçisi) olub. İkinci paneldə isə təhsil sistemimizə yeni texnologiyaların inteqrasiya olunması, inteqrasiya mərhələsində yaranan problemlər, həlli yolları haqqında diskussiya aparılıb.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi Lent.az informasiya agentliyinə məxsusdur.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə