Bakıda yarım milyondan çox insan Uber tətbiqindən istifadə edir

31-05-2016 / 14:11

Uber beynəlxalq texnologiya şirkəti Bakıda birillik fəaliyyətinin yekunlarını açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti bu gün Bakıda il ərzində göstərdiyi fəaliyyətinin yekunlarını açıqlayıb.

Qeyd edilib ki, 2015-ci ilin aprel ayından mobil tətbiqi istifadəyə verilməsindən sonra Uber Azərbaycan paytaxtının nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilib:

"Uber tətbiq yerli bazarda istifadəyə verildiyi dövrdən etibarən Bakıda bu tətbiqdən yarım milyondan artıq insan yararlanıb ki, bunlar həm Bakı sakinləri, həm də istirahətə və ya işgüzar səfərə gələn turistlərdir. Bu isə Azərbaycan paytaxtının hər dördüncü sakini deməkdir. Bakının 60 mindən artıq sakini tətbiqi yükləyərək şəhər ərazisində sözügedən xidmətdən fəal istifadə edir. Misal üçün Bakı Olimpiya Stadionu tam dolduqda burada keçirilən futbol matçlarını və ya digər idman yarışlarını məhz bu qədər tamaşaçı izləməyə gəlir".

Bildirilib ki, tətbiq istismara verildiyi andan Uber istifadəçilərinin qət etdikləri məsafə bir milyon kilometrdən çox təşkil eib ki, bu da Yer kürəsindən Aya qədər olan məsafədən təxminən üç dəfə çoxdur:

"Bu nəticələr Uber-in şəhər ərazisində avtomobil ilə hərəkət etmək üçün ən əlçatan vasitəsinə çevrilməsi ilə əlaqədardır. Son aylar ərzində Uber Bakıda fəaliyyətinin effektivliyini artıra bilib və qiymətləri 20% endirib. İndi Bakıda Uber-lə gediş tarifləri belə olcaq: avtomobilin ünvana çatdırılması – 0,55 AZN, hər kilometrə görə – 0,34 AZN və qət olunan məsafənin hər dəqiqəsinə görə – 0,02 AZN. Eyni zamanda hava limanına gediş də yeni müəyyən edilmiş tariflərlə hesablanır – 7 AZN və hava limanı ərazisinə daxilolmağa görə 1 AZN. Uber – Bakının elə yerlərindəndir ki, burada bank kartı ilə ödəniş etmək mümkündür".

Məlumata görə, Bakıda xidməti istifadəyə verdiyi andan Uber sistemdəki tərəfdaş sürücülərin sayını xeyli artırıb, bununla yanaşı şirkət avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtını 8 dəqiqədən 5 dəqiqəyə azaldaraq istifadəçilərin etibarını qazanıb.

“Son bir neçə il ərzində Bakı şəhəri sürətlə inkişaf edib – müasir binalar və idman tikintilərdən başqa Azərbaycan paytaxtını yaşayış üçün daha rahat edən yeni texnoloji həllər meydana çıxır. “Uber” şəhərin yeni zahiri görünüşü ilə çox tez uzlaşaraq ictimai nəqliyyatın ayrılmaz hissəsinə və şəxsi avtomobilin real alternativinə çevrilib”, - deyə Uber-in MDB ölkələri üzrə regional meneceri Aleksey Stax bildirib.

Bakıda Uber tətbiqindən əcnəbi qonaqlar, o cümlədən həm turistlər, həm də biznes-səyahətçilər faəl istifadə edir. Bu da öz növbəsində səfər üçün məşhur istiqamət kimi şəhərin cazibədarlığını artırır.

Bakıda bu tətbiqdən dünyanın 40 ölkəsindən artıq olan nümayəndəsi yararlanır – Rusiya, Böyük Britaniya, ABŞ, BƏƏ, Fransa, Türkiyə, İsveçrə, Çexiya, Qətər, Polşa və s.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.