Bakıda yeni uberX fəaliyyətə başladı

11-11-2015 / 10:42

2015-ci ilin aprel ayında Azərbaycanda pilot proyekt olan UberBLACK  fəaliyyətə başladı və premium xidmət olaraq çox qısa zamanda istifadəçilərin rəğbətini qazandı.

Qeyd edək ki,  Azərbaycan MDB ölkələri arasında Rusiyadan sonra bu xidmətin işə başladığı ilk ölkə oldu.

Bir müddət sonra, 2015-ci ilin iyun ayında  daha əlverişli olan uberX xidməti fəaliyyətə başladı və bu xidmət sərfəli qiymətlə rahatlığına və təhlükəsizliyinə önəm verən şəxslərin bir nömrəli seçiminə çevrildi.

Artıq Uber Bakıda premium xidmət olan UberBLACK-i yenilənmiş uberX xidməti ilə birləşdirərək istifadəçilərə şəhərdə olan  yüksək keyfiyyətli xidməti ən sərfəli qiymətlərlə təqdim edir.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edək ki, noyabrın 11-dən  başlayaraq yenilənmiş uberX xidmətinin dəyəri aşağıdakı tariflə hesablanacaq:

Başlanğıc məbləğ: 1.10AZN
Hər km-ə olan ödəniş: 0.35 AZN
Yola sərf olunan hər dəqiqə: 0.03AZN

Bu tarif ilə aşağıdakı gedişlərə və qiymətlərinə nəzər salaraq dəyişikliyi daha aydın görmək mümkündür:

Əhmədli metrosu – 28 Mall nöqtələri arası səyahət isə 5 – 6 AZN təşkil edir.

 

Bakı Dövlət Universitetindən 8-ci km ərazisinə gediş 7 – 8 manat arası

 

Caspian Plaza – JW Mariott Absheron Hotel səyahəti isə 2-3 AZN arası təşkil edir.

 

Uber mobil tətbiqi dünyanın 360-dan çox şəhərində mövcud olan ən rahat və sərfəli üsuldur. İstədiyiniz vaxt mobil telefonun ekranın bir toxunuşla şəxsi avtomobil və sürücü çağırmaq və öncədən səyahət haqqının nə qədər məbləğ təşkil edəcəyini bilməyə imkan verir. Ödəniş tamamilə nəğdsiz şəkildə baş verir və bununla da maksimum şəffaflığa zəmanət təqdim olunur.

 Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə