Bakıətrafı bağ evlərinə Simsiz rabitə qurulur

13-07-2018 / 17:33

Baktelecom yay mövsümü ilə əlaqədar paytaxt sakinlərinin Bakıətrafı ərazilərə axınını nəzərə alaraq Simsiz rabitə şəbəkəsinin əhatə dairəsini genişləndirir.

Xeberler.az məlumat verir ki, yeni stansiyaların qurulması paytaxtətrafı kəndlərdə və yaşayış massivlərində sakinlərin keyfiyyətli telekommunikasiya xidmətləri ilə təminatına imkan yaradır.

Qeyd edək ki, əsas üstünlük Baktelecom-un məhdud infrastrukturlu ərazilərdə kabel xətlərindən asılılıq olmadan 100 meqabayt/saniyə qədər məlumat ötürmə sürəti, hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət və müştəri seçimi üçün sərfəli tariflər təqdim etməsidir.

Belə ki, Simsiz rabitə xidmətinə qoşulmaq istəyən müştərilər simsiz şəbəkəni dəstəkləyən və yüksək keyfiyyəti ilə seçilən xüsusi avadanlıqlar əldə etməlidirlər. Bu qəbuledici cihazlar baza stansiyalarından ötürülən siqnalı stabil saxlamaq və tam həcmdə ötürmək imkanına malikdir. Simsiz rabitə xidmətinə qoşulma isə Baktelecom-un əməkdaşları tərəfindən pulsuz həyata keçirilir. Bu linkə daxil olaraq tariflərlə tanış ola bilərsiniz.

Bildirək ki, Baktelecom uzun zaman telefon çəkilişi mümkün olmayan ərazilərdə, Maştağa, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar, Biləcəri, Zirə, Türkan, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsində simsiz şəbəkəni istifadəyə verib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə