BakıKART-ın balansını onlayn artırmaq mümkün olacaq - YENİLİK

09-12-2015 / 14:10

“BakıKART ödəniş kartlarının balansını gələcəkdə onlayn qaydada artırmaq mümkün olacaq”.

Bunu Xeberler.az-a açıqlamasında BakıKART-ın layihə rəhbəri Ceyhun Əliyev bildirib.

Ceyhun Əliyevin sözlərinə görə, BakıKART üçün balansın onlayn artırılması funksiyası növbəti mərhələdə həyata keçiriləcək. Onun sözlərinə görə, layihə çərçivəsində təmassız bank kartlarından və NFC təmassız mobil ödəmə sistemlərindən də istifadə də nəzərdə tutulub.

Terminalların az olması ilə bağlı vətəndaşların şikayətlərinə gəlincə, layihə rəhbəri Xeberler.az-a bildirib ki, terminallar quraşdırılarkən insanların hansı dayanacaqlarda çox olub-olmaması nəzərə alınır: “Avtobuslar xətdə çıxmadan öncə həmin marşrut analiz edilir, hansı dayanacaqlarda insanların çox, hansılarda isə az olduğu müəyyən edilir”.

Ceyhun Əliyev Xeberler.az-a bildirib ki, BakıKART-ı terminallarla yanaşı mətbuat köşklərindən də əldə etmək mümkündür. “Sərnişinlər həm terminallardan, həm də köşklərdən BakıKART-ı satın ala və ya balansını artıra bilər. Harada terminallar quraşdırılmayıbsa, deməli ona yaxın məsafədə mətbuat köşkləri var. Eyni zamanda veb-səhifəmizə daxil olaraq xəritə üzərində bütün “BakıKART” ödəniş nöqtələrini görə bilərsiniz. “

 “BakıKART”dan hazırda daha çox metropoliten ödənişlərində istifadə edilir. Gələcəkdə “BakıKART”ın digər ictimai nəqliyyat vasitələrində tətbiq edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mətbuatda yayılmış məlumatlarda onlayn hesabın doldurulması funksiyasının işə salınacağı bildirilmişdi. Həmçinin BakıKART-ın veb-saytında da bununla bağlı müvafiq bölmə olsa da, orada da bu funksiyanın yaxın zaman istifadəyə veriləcəyi qeyd olunurdu.

 

Murad Məmmədzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə