BakıKart-ları yükləmək daha da asanlaşdı

30-03-2017 / 14:31

Komtec şirkəti (MilliÖN ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) MilliÖN kartomatlarında yeni seçimi işə salıb.

Şirkətdən verilən məlumata görə, bu seçim BakıKart gediş kartının balansının yüklənməsi əməliyyatını daha da asanlaşdırmağa imkan verəcək.

Qeyd olunub ki, bu, kart sahiblərinin diqqətsizliyi üzündən düzgün həyata keçirilməyən əməliyyatların qarşısının alınması üçün nəzərdə tutulub.

Şirkətdən bildirilib ki, bundan əvvəl istifadəçilər kartı yükləyərkən “Sonra” düyməsini basmadıqları üçün məbləğ balansa keçmirdi. Əvəzində həmin məbləğ kartomata qoyulan növbəti kartın balansına keçə bilərdi. Yeni seçim vasitəsilə bunun qarşısı alınacaq. (Trend)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə