Bakını əhatə edən offlayn naviqasiya proqramı istifadəyə verildi

14-10-2015 / 12:17

Xəbər verdiyimiz kimi, SİNAM MMC yalnız Bakı şəhərini əhatə edən ödənişsiz Yollar offlayn GPS naviqatorunun davamı olaraq Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən YollarPRO Offline GPS naviqasiya proqramını da istifadəyə verib.

Xeberler.az bildirir ki, çoxdan gözlənilən YollarPRO Offline GPS naviqasiya proqramı artıq Android üçün satışdadır.

Bu proqram, marşrutun planlaşdırılması, həyata keçirilməsi və təyinat məntəqəsinə qədər naviqasiya üçün nəzərdə tutulub. Naviqasiya proqramından internetə qoşulmadan istifadə etmək mümkündür. O tamamilə təcrid olunmuş halda, internetə qoşulmadan axtarış etməyə və naviqasiya etməyə qadirdir.

Xəritələr proqram olan cihazın yaddaşında saxlanılır və ona görə də istifadəçilər rouminq servisindən istifadə etmir və bununla qənaətə nail olur. Bununla yanaşı, əlavə bağlantı olmadığından cihazın akkumulyatoru daha çox işləyir və səyahət zamanı istifadəçilər üçün əlavə rahatlıq yaradır.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə