Bakinternetdə də ADSL qiymətlərində endirim gözlənilir

06-09-2011 / 13:39

Daha öncə də məlumat verdiyimiz kimi yeni mövsümdən bir sıra provayderlər ADSL qiymətlərində endirim etdikləri barədə məlumat yayıblar.

xeberler.az-a daxil olan məlumata əsasən qiymət endirimi edən provayderlər arasında dövlət provayderi, internet bazarında 20% payı olan Bakinternetin də adı var. Lakin provayderin rəsmi internet səhifəsində bu haqda heç bir informasiyaya rast gəlmədik. Məlumatı dəqiqləşdirmək üçün Bakinternetin internet xidmətləri şöbəsinin rəisi Müşfiq Sadiqova müraciət etdik. O, xeberler.az-a açıqlamasında bildirdi ki, ADSL qiymətlərinin endirimi ilə əlaqədar qurumda müvafiq müzakirələr aparılıb : " Qiymət endirimi ilə bağlı müzakirələr aparmışıq. Məsələ ilə əlaqədar təkliflər paketi hazırlanıb. Konkret olaraq hansı tarixdən bu təkliflərin qüvvəyə minəcəyi məlum deyil. Lakin həmin vaxtın sentyabrın sonlarından gec olmayacağı dəqiqdir"

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev isə bildirdi ki,  bu məsələni Bakinternet tək başına həll edə bilməz. Bunun üçün digər provayderlə də müzakirələr aparılmalı və ortaq məxrəcə gəlinməlidir. ""Biz öz başına deyilik ki?!  Digər provayderlər ADSL qiymətlərində endirim etsə, təbii ki, Bakinternet də bu prosesdən kənarda qalmayacaq. Çox güman ki, sentyabr ayının ortalarına qədər bu məsələ öz həllini tapacaq" -deyə direktor müavini əlavə etdi.

Qeyd edək ki, 2 ay öncə ölkənin əsas provayderi olan «Delta Telecom» provayderlərə satılan internet qiymətlərində 40% endirim etdiyini bəyan etmişdi. Bu endirimdən sonra Azərbaycan İnternet Forumunun bu endirimlə bağlı apardığı monitorinqin nəticələrinə görə isə 2-ci səviyyəli provayderlərinin internet qiymətlərində indiyədək heç bir endirim etmədiyi üzə çıxmışdı.

xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.