Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

10-10-2015 / 13:14

Hazırda  Baku Business Factory-nin (BBF) təşkilatçılığı ilə Hilton oteldə təşəbbüskarlıq mövzusunda biznes forum keçirilir.

Xeberler.az-ın məlumatına görə, forumda dövlət və bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və xarici mütəxəssislər iştirak edir.

Tədbiri giriş sözləri ilə BBF-in direktoru Əlövsət Müslümov açıb. Qonaqları salamlayıb ve BBF haqda geniş məlumat verib. BBF-in gələcək planlarından, gənc təşəbbüskarlara dəstəyindən danışıb.

Daha sonra Boğaziçi Universitetinin professoru Özer Ertun çıxış edərək təşəbbüskarlıqla bağlı dünya təcrübəsindən misallar gətirib. Yaxşı startapçı olmağın yollarını və inkişaf prinsiplərini iştirakçılarla paylaşıb.

Koç Universitetinin professoru Mustafa Ergen də Silikon Vadisi  ilə bağlı təcrübələrini bölüşüb. O, "Təşəbbüskarlıq Silikon Vadisi Tarixi" mövzusunda çıxış edib.

Birinci paneldə GoldenPay şirkətinin həmtəsisçisi Fərid İsmayılzadə, Xəzər Vençur şirkətinin rəhbəri Məmməd Kərimov və Yüksək Texnologiyalar Parkının rəsmisi Cəlal Rəhimov “Azərbaycanda İnnovasiyaların tətbiqi və mühit” mövzusunda mühazirə ilə çıxış edəcəklər.

İkinci paneldə isə Yıldız Texnik Universitetinin professoru Gülər Aslan, ADA Universitetindən Emin Hüseynov "Təşəbbüskarlığın Maliyyələşdirilməsi" mövzusunda çıxış edəcəklər.

Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır. Forum bu istiqamətdə atılan ilk addım olacaq və gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq belə forumlar, seminarlar və təlimlər keçiriləcək.

Xatırladaq ki, Baku Business Factory azərbaycanlı iş adamı, Union Grand Energy PTE Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılıb.

BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Tədbirin gündəliyi ilə  buradan tanış ola bilərsiniz.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə