Baku Electronics “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb

31-08-2015 / 15:34

Baku Elektronics-dən kreditlə alış həyata keçirəcək müştərilər “Elektron Hökumət" portalından yararlana bilərlər.

Məlumat Hesablama Mərkəzindən (MHM) Xəbərlər-ə verilən məlumata görə, Baku Electronics MMC ilə portalın operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyi MHM arasında əməkdaşlıq qurulub və e-arayışların tətbiqi üçün test mühiti yaradılıb.

Baku Electronics MMC müştəriləri yalnız şəxsiyyət vəsiqəsi ilə şirkətin mağazalarına yaxınlaşaraq iş yerindən, yaşayış üzrə və digər lazımi arayışları yerindəcə elektron (onlayn) şəkildə formalaşdıraraq, kreditlərini rəsmiləşdirə biləcəklər. İlkin mərhələdə elektron arayışların tətbiqi şirkətin Azadlıq, İnşaatçılar, Qara Qarayev, Əhmədli və Sumqayıt filiallarında nəzərdə tutulur.

Vətəndaşlar istər olduqları yerdən portala daxil olaraq öz fərdi informasiyalarını istənilən quruma yönləndirə, istərsə də portalla əməkdaşlıq edən istənilən quruma müraciət edərək (təyin olunmuş qanuni prosedurlar əsasında və öz icazəsi ilə) elektron mühitdən tələb olunan fərdi informasiyalarını ötürmək imkanına sahibdirlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə