BakuBus-un yeni veb-saytı təqdim edilib

29-12-2015 / 16:13

Bu gün  BakuBus MMC-nin yeni veb-saytının təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, yeni formatda təqdim olunan veb-sayt artıq vətəndaşların istifadəsinə verilib.

Saytın ən diqqət çəkən məqamı veb-sayta giriş edərkən ilkin olaraq Bakının xəritəsi və hərəkət edən avtobusların qrafikinin göstərilməsidir.

Sərnişin avtobusun marşrut xətti, pik saatlarda hər hansı bir məqamla bağlı sualını BakuBus-un veb-saytına daxil olaraq marşrut nömrəsini qeyd etməklə cavab tapa bilər.

Bundan əlavə sərnişin hansısa səbəbdən istifadə etdiyi avtobus haqda məlumat almaq, sürücünün kimliyini, avtobusun nömrəsini və  hazırda hansı istiqamətdə olduğunu bilmək istərsə “BakuBus”a məxsus veb-sayta daxil olub xəritədə həmin məlumatı çox asanlıqla əldə edə bilər.

Həmçinin, yeni marşrut xətti açıldıqda da BakuBus sərnişinləri bu sayt vasitəsilə avtobusların dayanacaqlarını öyrənə bilərlər.

Veb-saytda BakuBus MMC barəsində xəbərlər, paytaxtımızın gəzməli və görməli yerləri haqda məlumatlar, “BakıKart”, ekspress xətləri və “BakuBus” avtobuslarına “virtual tur” bölmələri mövcuddur.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə