Bakutel 2015 - Fotolarda

02-12-2015 / 16:45

Məlumat verdiyimiz kimi, bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə regionun ən böyük İKT  tədbiri - Bakutel 2015  21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb. 

Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Iteca Caspian və Caspian Event Organisers (CEO) şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

Xeberler.az-ın məlumatına görə, sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları var.

İlk dəfə olaraq, Bakutel 2015 sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - Bakcell şirkəti çıxış edir.

Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.

Belə ki, Bakutel-2015-də ilk dəfə olaraq Avaya, Google, Kasperskiy Laboratoriyası və digər aparıcı dünya şirkətləri iştirak edirlər.

Sərgi çərçivəsində Azərkosmos və Arianespace şirkətləri arasında Azerspace-2 ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında saziş imzalanıb.

Sərgi dekabrın 5-ə qədər davam edəcək.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.