Bakutel-2018 sərgisində Edulicense portalı istifadəyə verilib

06-12-2018 / 10:29

"Bakutel-2018” sərgisində “Edulicense” portalı istifadəyə verilib.

Xeberler.az  bildirir ki, bu barədə dekabrın 4-7-də Bakıda keçirilən “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “BestComp Group” (Azərbaycan) şirkətinin məhsul meneceri Elçin Məmmədov deyib.

O bildirib ki, 2018-ci ilin yayında “BestComp Group”, “Microsoft” və “AzİnTelekom” şirkətləri ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında dövlət strukturlarında 20 min yerin leqallaşdırılması, eləcə də pulsuz “Windows” və “Office” proqramları vasitəsilə tələbələrin tədrisinə köməklik göstərilməsi barədə saziş imzalanıb. Bu layihənin operatoru kimi, “BestComp Group” Azərbaycanın 7 universitetini əhatə edən “Edulicense” portalını yaradıb və “Bakutel-2018” sərgisi çərçivəsində həmin portalın işinə start verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə