Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

28-11-2018 / 17:13

5 dekabr tarixində “Marriott Absherom Baku” otelində Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara “AWITA 2018” — “The Women in IT Award” mükafatlarının təqdimat mərasimi keçiriləcək.

Xeberler.az  bildirir ki, Azərbaycanlı qızlar və qadınlar arasında İKT sahəsini populyarlaşdırmaq məqsədilə müxtəlif maarifləndirici tədbirləri fəal şəkildə həyata keçirən Azərbaycan Qadını İKT-də - FEMMES DIGITALES klubu və ITECA-nın tərəfindən təşkil olunan bu tədbir 500 peşəkarı və qonaqları özündə əhatə edəcəkdir. Bu il mükafatlandırma Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı – “Bakutel-2018” tərəfindən reallaşdırılan ənənəvi qəbul günündə baş tutacaq. Bu sərgi təşkilatçılar tərəfindən qonaqlar üçün keçirilir. “Bakutel”dən əlavə “Microsoft Azerbaijan”, “Pasha
Bank”, “Bakinity”, “ITV Tech”, “Lilac”, “R.I.S.K”, “Rabita Bank”, “Sinam”, “Ultra”, “B.EST Solutions”, “Cybernet”, “Azer Agrar”, “MONT Azerbaijan”, “Tovuz Baltiya”, “STEP IT Academy” və “GoldenPay” şirkətləri “AWITA 2018” tədbirinin partnyor və sponsorları kimi çıxış edəcəkdir.

Tədbirdə ölkənin müxtəlif dövlət strukturlarının, universitetlərin, aparıcı İKT-şirkət və təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycanda akkreditə olunmuş müxtəlif ölkələrin fövqəladə və səlahiyyətli səfirləri iştirak edəcəklər. Tədbirdə qadınların ötən il ərzində informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək və bu sahədə ən görkəmli şəxsləri müəyyən etmək planlaşdırılır. 26 noyabr 2018-ci il tarixində FEMMES DIGITALES klubunun təsisçiləri qismində “BEST Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe, “R.I.S.K” şirkətinin aparıcı meneceri Nazilə Həşimzadə və “Mont” Azərbaycan şirkətinin baş direktoru Günel Səfərəliyeva “CBC” kanalının xüsusi buraxılışında iştirak edərək “AWITA 2018” mükafatların təqdimat mərasimi haqqında ətraflı məlumat veiblər. Xanım Yana
Krimpe qeyd etmişdir ki, məhz bu tədbir sayəsində təkcə IT şirkətlərində deyil, eyni zamanda dövlət sektorunda çalışan proqramçı xanımlar tanınmağa başlanmışdır.

Beləliklə, bu il iki yeni nominasiya əlavə edilmişdir: Dövlət sektorunda çalışan və Azərbaycanın rəqəmsal cəmiyyətinin inkişafına öz töhfəsini verən rəqəmsal lider xanım və Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən AzerAqro ilə birlikdə keçirilən
nominasiya - aqro sektorda innovasiya və texnoloji yenilikləri tətbiq edən xanım nominasiyaları.

Onu da qeyd edək ki, “AWITA 2018” müsabiqəsinin keçirildiyi bu il “FEMMS DIGITALES” klubunun 4 yaşına təsadüf edir. Klubun təsisçiləri müxtəlif tədbirlərin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, ASAN Xidmət Mərkəzinə, ADA Universitetinə, STEP IT Akademiyasına və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə xüsusi minnətdarlığını bildirir. Münsiflər heyəti, 10 nominasiya üzrə qalibləri müəyyənləşdirmək məqsədi ilə mükafatların təqdimatından bir həftə əvvəl toplanacaq. 25 nəfərdən ibarət münsiflər heyətinə İKT sahəsində fəaliyyət göstərən özəl təşkilatların, tanınmış universitetlərin, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, dövlət qurumlarının və s. nümayəndələri daxil olacaq.

Mükafatlandırma üçün aşağıdakı nominasiyalar təqdim olunacaq: İlin İnnovatoru, İlin startapı, İlin təsisçisi, Baş direktoru və yaxud İT sahəsində direktor, İlin proqramçısı, İlin sahibkarı, Rayon və ucqar bölgədə İT sahəsinə verilən töhfə, İlin innovativ müəllimi, İT sahəsində ilin birliyi/ İT sahəsində təhsil proqramı və ya layihəsi, 2018 sahə nominasiyası: AGTECH-də qadın, Münsiflər heyətinin seçimi.  Azərbaycan Qadını İKT-də - FEMMES DIGITALES klubu İKT sahəsində çalışan bütün qadınları müsabiqəyə ərizə vermək və iştirak etməyə, beləliklə, bu böyük tədbirin bir hissəsi olmağa dəvət edir.

Müsabiqəyə 18 yaşına çatmış və Azərbaycan Respublikasının rezidentləri olan xanımlar namizədliyini təqdim edə bilərlər. Həmçinin mükafata namizədliyini irəli sürən xanımlar mütləq müvafiq ərizə formasını doldurmalı və ya müddəti 3 dəqiqədən artıq olmayan video-çarx göndərməlidirlər. Daha ətraflı məlumat əldə etmək və ərizənin təqdim edilməsi üçün namizədlər bu linkə http://femmesdigitales.az/nominations-2018/ daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Ərizələrin təqdim edilməsinin son tarixi: 28 noyabr 2018.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.