Bakutel-də təmsil olunan Xorvatiya şirkətləri ilə görüş keçirilib

04-12-2015 / 22:07

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Bakutel 2015 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında təmsil olunan Xorvatiya şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib.

RYTN-dan Xeberler.az-a verilən məlumata görə, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkələr arasında qurulan münasibətlərin qarşılıqlı dost və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

E. Vəlizadə əlaqələrin genişləndirilməsində Bakutel sərgisinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəallığının artırılmasına göstərilən maraqdan söz açan nazir müavini ölkəmizdə qurulan texnoparklar və orada yaradılan əlverişli şərait, innovativ sahibkarlığın inkişafı məqsədilə tətbiq edilən güzəştlərdən danışıb, Xorvatiya şirkətlərinə də bu imkanları nəzərə almağı təklif edib.

Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə dostluq və əməkdaşlıq münasibətlərinin formalaşdığını deyən S. Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafının daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan Neosoft, İnfosistem, Span və Mep şirkətlərinin nümayəndələri fəaliyyət sahələri haqda məlumat veriblər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə