BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012 / 17:17
Noyabrın 6-da Bakıda 18-ci “Telekommunikasiya və informasiya texnologiyaları” - BakuTel-2012 beynəlxalq sərgisi işə başlamışdır. Sərginin xüsusi stendə sahib olan Microsoft bu dəfə yeni məhsullar sərgiləyib.
 
Microsoft Azərbaycan şirkətinin direktoru Rüfət Hacıəlibəyovun Turana bildiriyinə görə sərgidə, şirkətin ən yeni “Microsoft Windows 8” əməliyyat sistemi təqdim edilib. Bundan başqa sərgidə “System Center 2012” və “SQL 2012” server məhsulları da nümayiş olunmuşdur. Smartfonlar üçün isə yeni “Windows Phone 8” əməliyyat sistemi və “Office 365” (məsafəli şəbəkə) xidməti təqdim olunmuşdur.
 
Qeyd edək ki,“BakuTel-2012” sərgisində bu il ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edir. Sərgi noyabrın 9-a kimi davam edəcək

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.