Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016 / 12:57

"İkiqat dibi olan cihazlar: dələduzlar bankomatları kart istifadəçilərinin məlumatlarını ələ keçirməyi öyrədir".

Kaspersky Lab şirkəti dünya üzrə bir çox bankomatın Skimer adlı gizli virusa yoluxduğunu aşkar edib.

Bu virus vasitəsilə kibercinayətkarlar istifadəçilərin pullarını portativ oxuyucu cihazlar (skimer-lər) istifadə etmədən oğurlamağı bacarırlar.

Zərərverici proqram istifadə olunan bank kartlarının hesab nömrələrini, PIN-kodlarını və digər məlumatları cinayətkarla ötürür ki, bu da öz növbəsində onlara nağd pul çəkmək imkanı yaradır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, zərərverici proqram aktiv fəaliyyət göstərmədiyindən kartlardan məlumatların toplanması prosesi gizlicə həyata keçirilir. Bunu aşkar etmək bərkidilmiş Skimer tərəfindən məlumatların oğurlanmasını aşkar etməkdən daha çətindir, çünki virusa yoluxmuş bankomat heç bir xarici zərər almır. Bunun sayəsində dələduzlar hücum hadisəsini uzun müddət gizli saxlamağı bacarırlar. Əksər hallarda onlar bankomatın yaddaşında kifəyət qədər məlumat toplayır, daha sonra isə yığılmış məlumatlar vasitəsi ilə kartların surətlərini hazırlayıb pulları virussuz bankomatlarda nağdlaşdırırlar.

İstifadəçilərin kartları barədə məlumatları əldə etmək üçün cinayətkarlar müəyyən rəqəmlərdən ibarət və maqnit zolağa “tikilmiş” xüsusi kartı bankomata daxil edərək gizli zərərverici proqramı aktivləşdirirlər. Skimmer bu kodu oxuyur və nəticədə dələduzlardan göstəriş qəbul edən xüsusi menyu fəaliyyətə başlayır.

“Biz dələduzlar tərəfindən kodlaşdırılmış rəqəm ardıcıllığını aşkar edib bu məlumatı banklara veririk ki, onlar öz əməliyyat sistemlərini yoxlasınlar və bankomatların viruslu olub-olmamasını təyin edərək kibercinayətkarların zərərverici proqramı aktivləşdirmək cəhdlərinin qarşısını alsınlar”, - deyə Kaspersky Lab şirkətinin antivirus üzrə aparıcı mütəxəssisi Sergey Qolovanov bildirib.

2009-cu ildən etibarən məşhur Skimer virusu bankomatlara yönəlmiş ilk zərərverici proqramdır. Hazırda onun 49 modifikasiyası mövcuddur ki, onlardan 37-si aparıcı bankomat istehsalçılarından birinin ATM-lərinə qarşı yönəlib. Zərərvericinin ən son versiyası may ayının əvvəlində aşkar olunub. Hazırda proqram təkmilləşərək bank və müştərilər üçün daha da təhlükəli hal alıb. Baxmayaraq ki, bankomatların coğrafi yoluxması barədə Kaspersky Lab-ın dəqiq məlumatı yoxdur, Skimer nümunələri Rusiya, BƏƏ, Fransa, ABŞ, Çin, İspaniya, Almaniya, Gürcüstan, Polşa, Braziliya, Çexiya və Filippin kimi bir çox ölkələrdə aşkarlanıb.

Kaspersky Lab bu təhlükəni “Backdoor.Win32.Skimer” kimi təyin edir. Təhlükənin qarşısını almaq üçün şirkət “ağ siyahı” texnologiyalarını və disklərin tam şifrələnməsini istifadə etməyi, cihazları idarə edən yüksək keyfiyyətli siyasətləri tətbiq etməyi və riayətinə nəzarət etməyi, yalnız sərt diskdən məlumat yükləməyi və bankomat şəbəkəsini daxili şəbəkələrdən ayırmağı tövsiyə edir.

Bu təhlükə və müasir bankomatlarda təhlükəsizlik problemləri barədə ətraflı məlumatı buradan da  əldə etmək olar.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.