Bank resurslarımızdan faydalanın

21-09-2015 / 14:11

Kredit şərtləri, əmanətlər, valyuta mübadiləsi, sığorta xidmətləri, plastik kartlar, vakansiyalar, onlayn ödənişlər və s. ilə maraqlanırsınızsa Xeberler.az olaraq “Milli resurslar” rubrikası çərçivəsində araşdırdığımız Azərbaycanda fəaliyyət göstərən bankların saytlarını izləyə bilərsiniz.

cbar.az – Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsidir. Maliyyə sabitliyi, milli valyuta və s. haqqında buradan maraqlana bilərsiniz.

bankofbaku.com – Bank of Baku-nun təqdim etdiyi kreditlər, kartlar, əmanətlər haqqında bu saytda məlumat əldə edə bilərsiniz.

ibar.az – "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsidir.

unibank.az – Unibank-ın rəsmi internet səhifəsidir. Bankın xidmətlərini burdan izləyə bilərsiniz.

amrahbank.com – Əmrah Bank hüquqi və fiziki şəxslər üçün kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, cari və əmanət hesablarının açılması, kredit kartlarının verilməsi, pul köçürmələri, investisiya qoyuluşları üzrə məsləhət xidmətlərinin təqdim olunması, sığorta xidmətləri və s. kimi xidmətlər göstərir.

accessbank.az – AccessBank-ın filialları, bankomatları, xidmətləri, kampaniyaları, internet bankinq, fiziki şəxslər haqqında saytda məlumatlana bilərsiniz.

agbank.az- AzeriGazBank səhmdar investisiya bankının internet səhifəsidir. Burada onlayn kreditin ödənişi, plastik kartlar, internet bank haqqında məlumatlar verilib.

rabitabank.com – Rabitə Bankın təşkilati strukturu, dəyərləri, e-manat ödəmə terminalları, bankomatları, filialları haqqında məlumatlar bu saytda yerləşdirilib.

turanbank.az – Turan Bankın təqdim etdiyi kiçik həcmli istehlak kreditləri, bank xəbərlərini, rəhbərliyin fəaliyyətini, valyuta-mübadilə əməliyyatlarını izləyə bilərsiniz.

azkreditbank.com – Azərbaycan Kredit Bank-ın rəsmi səhifəsidir. Bankın kadr siyasəti, vakansiyaları haqqında saytda məlumatlar dərc olunur.

banktechnique.az – Bank Technique-in rəsmi səhifəsidir. Bankın təqdim etdiyi karyera imkanları, qeydiyyatsız kredit ödənişi ilə saytdan maraqlana bilərsiniz.

bankrespublika.az – Bank Respublika-nın rəsmi səhifəsidir. PayKart kredit, MobilBank xidməti, bankın fəaliyyəti, filialları, şöbələri, kreditin onlayn ödənişi haqqında bütün məlumatlar saytda yerləşdirilib.

atabank.com – AtaBank-ın rəsmi internet səhifəsidir. Onlayn ödənişlər, pul köçürmələri, tariflər, əmanətlər, kalkulyator xidməti haqqında məlumatları saytdan oxuya bilərsiniz.

parabank.az – Parabank ASC-nin səhifəsidir. İstiqraz, bankın yerli səhmləri, kreditlər, hesablar, bəyanatlar haqqında məlumatları saytdan izləyə bilərsiniz.

muganbank.az – Muğanbank ASC-nin internet səhifəsidir. Saytda inkasassiya, nağdsız əməliyyatlar haqqında məlumatlar verilib.

afb.az - 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış AFB Bank ASC aksiyalar, bank haqqında ümumi məlumat, vakansiyalar, səhmlər haqqında, müxbir əlaqələr, maliyyə və əməliyyat nəticələr haqqında məlumatlanmaq istəyirsinizsə saytı izləyə bilərsiniz.

gunaybank.com - “Günay” Səhmdar kommersiya Bankının internet səhifəsidir. Bankın təqdim etdiyi kredit imkanlarından buradan faydalana bilərsiniz.

atrabank.az – AtraBank-ın rəsmi internet səhifəsidir. Depozit kalkulyatoru, onlayn depozit tələbləri haqqında saytdan məlumat ala bilərsiniz.

dekabank.az – Deka-Bank kommersiya bankının internet səhifəsidir. Bankın post-terminalları, bankomatları, filialları, inkasassiya, sənədləşdirilmiş əməliyyatlar haqqında məlumatları saytdan izləyə bilərsiniz.

banco.az – saytında ölkədə fəaliyyət göstərən bankların fəaliyyətinə dair xəbərlər, vakansiyalar haqqında oxuya bilərsiniz.

abtc.az - Azərbaycan Bank Tədris Mərkəzi Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi kimi, 2000-ci ilin fevral ayında Avropa Birliyinin TACİS proqramının texniki yardımı ilə yaradılıb. Bank işi və biznesin idarə edilməsi üzrə Azərbaycanın ən böyük təlim və məsləhət xidməti təşkilatıdır.

banksilkway.az – BankSilway-in internet səhifəsidir. Bankın filialları, onlayn xidmətləri haqqında məlumat yerləşdirilib.

kapitalbank.az – Kapital Bank-ın rəsmi internet səhifəsidir. Bankın fəaliyyəti, təqdim etdiyi kreditlər haqqında saytdan oxuya bilərsiniz.

demirbank.az – Dəmir Bank-ın internet səhifəsidir. Bankomatlar, filiallar, tez-tez müraciət olunan suallar haqqında saytdan maraqlana bilərsiniz.

bank.az – Bank of Azerbaijan-ın internet səhifəsidir. Bank seyfləri, pos terminallar, filiallar haqqında ətraflı məlumatı saytdan oxuya bilərsiniz.

ucb.az – United Credit Bank ASC-nin internet səhifəsidir. Bankın fəaliyyətini bu saytdan izləyə bilərsiniz.

finca.az – FİNCA Bank-ın internet səhifəsidir. Bankın fəaliyyəti, təqdim etdiyi kredit şərtlərini oxuya bilərsiniz.

xalqbank.az – Xalq Bankın rəsmi internet səhifəsidir. Bankın filialları, bankomatları, ipoteka təkliflərini izləyə bilərsiniz.

gandjabank.az – Gəncə Bank-ın fəaliyyətini, kredit şərtlərini öyrənə bilərsiniz.

banks.az – valyuta kursları, bankların reytinqini izləyə bilərsiniz.

kredobank.az – Kredo Bank ASC-nin internet səhifəsidir. Tariflər, kredit şərtləri haqqında məlumatı oxuya bilərsiniz.

cdbbank.az – Caspian Dvelopmen Bank ASC-nin internet səhifəsdir. Kreditlər, məhsullar üzrə kalkulyator haqqında məlumatlar saytda yerləşdirilib.

naxcivanbank.az – Naxçıvan Bank haqqında məlumat, plastik kartlar, tariflər haqqında maraqlanırsınızsa sayta müraciət edə bilərsiniz.

yapikredi.com.az – YapıKredi Bank Azərbaycanın fəaliyyəti, təqdim etdiyi kredit şərtləri ilə saytda tanış ola bilərsiniz.

nikoil.az – Nikoyl Bank-ın fəaliyyəti, kredit imkanları haqqında məlumatlar verilib.

pashabank.az – Paşa Bank-ın təqdim etdiyi investisiya bankçılığı, maliyyə xidmətləri ilə maraqlana bilərsiniz.

cdb.az – Qafqaz İnkişaf Bankının internet səhifəsidir. Bankın fəaliyyəti, valyuta məzənnələri, MobilBank xidməti ilə bağlı məlumatlar saytda yerləşdirilib.

zaminbank.az – Zamin Bank-ın təqdim etdiyi kreditlər, plastik kartlar, əmanətlər, valyuta konvertoru haqqında saytda məlumat verilib.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə