“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017 / 13:16

Bakıda “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda II Bankçılıq Forumu keçirilib.

Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Hüseyin Aydın,  Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov,  Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.

Xeberler.az-ın məlumatına görə, Vüsal Qasımlı bildirib ki 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar da ümumi iqtisadi aktivliyi artıracaqdır:

“Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir”.

O, yeni texnologyiyaların tətbiqi məsələsinə də toxunub:

“Eyni zamanda bank sektorunun kommunikasiyası gücləndirilməli, rəqabət mühiti və banklararası bazar inkişaf etdirilməlidir. Bundan əlavə, blokçeyn və maliyyə texnologiyalarının tətbiqi imkanları araşdırılmalı, risk idarəetməsi gücləndirilməli və bankların kapitallaşdırılması artırılmalıdır”.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.