Bank VTB ASAN imza xidmətini tətbiq edib

14-11-2015 / 10:58

Bank VTB (Azərbaycan) öz daxili əməliyyat sistemində ASAN imza xidmətini tətbiq edib.

Bankdan Xeberler.az-a bildirilib ki, bu, Azərbaycanın bank sektorunda ilk belə layihədir. Yenilik nəticəsində bankın elektron kargüzarlığı mobil elektron imzanı dəstəkləyəcək ki, bu da kredit təşkilatının daxilində qərarların qəbul olunması prosesini asanlaşdıracaq və bankın xərclərini azaldacaq.

ASAN imza-nın tətbiqi, həmçinin VTB (Azərbaycan)a öz filial şəbəkəsinin idarə olunmasını təkmilləşdirməyə və bütün əməliyyatların vahid elektron sənəd dövriyyəsi sisteminə birləşməsinə imkan verəcək.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.