Bankda artıq növbə gözləməyəcəksiniz- Yeni xidmət

14-09-2017 / 12:22

Bank Respublikanın “Mobil Vizit” xidmətindən istifadə etməklə banka ziyarətinizi əvvəlcədən rezerv etmək mümkündür.

Xeberler.az-ın məlumatına görə, yeni yaradılan bu xidmət müştərilərə öz iş günlərini daha səmərəli planlaşdırmağa və uyğun xidmət vaxtını təyin etməyə imkan verir.

Qeyd edilib ki, xidmət pulsuzdur və Mobil Şöbə əlavəsinin funksionalında aktivləşdirilib.

Müştəri müraciət edəcəyi bank məhsulunu seçən kimi, həmin xidmət avtomatik qaydada qısa müddətdə xidmət vaxtını təyin etmək üçün ən uyğun filialları təklif edəcək.

Daha sonra, istifadəçiyə ondan öncə növbə gözləyən müştərilərin sayı və müvafiq olaraq gözləmə vaxtı haqqında məlumat və sıra nömrəsi veriləcək.

Həmçinin SMS-bildirişi də aktivləşdirmək olar və müştəri növbədə 2/3-cü olan kimi SMS-bildiriş göndəriləcək. Hətta bankdan kənarda olan zaman belə, bu xidmət müştərinin növbəsini qaçırmamaq üçün yardımçı olacaq.

Qeyd edək ki, bu xidmət Azərbaycan banklarında ilk dəfə məhz Bank Respublikada istifadəyə verilib.

Mobil Vizit hazırda dünyada trend olan Qmatic sistemi ilə hazırlanıb. Belə ki, Mobil Vizit və buna oxşar digər innovativ xidmətlərin tətbiqi bu sistemlə mümkündür.

Mobil Şöbə əlavəsini Android üçün buradan, iOS üçün buradan yükləyə bilərsiniz.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.