Bankda onlayn formada hesab açmaq nə qədər zaman alır ?

06-03-2019 / 10:12

Bir müddət öncə eGov Mərkəzi tərəfindən “AsanFinans” sisteminin yaradıldığı və onun vasitəsilə bəzi banklarda 5 dəqiqə ərzində onlayn formada cari hesab açmağın mümkün olduğunu bildirmişdik.

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bu barədə şərh verib. Ekspert prosesi sınaqdan keçirmək qərarına gəldiyini vurğulayaraq qeydiyyatdan bu formada keçdiyini qeyd edib :

“1. “AsanFinans” sisteminə inteqrasiya olunan Paşa Bankı seçdim. Paşa Bank onlayn hesab açmaq üçün sadə bir sistem hazırlayıb. İndiyədək notarial qaydada tələb olunan kağız formada sənədlərə və kağız formalara ehtiyac olmadı. Bir neçə mərhələni bir anda keçdim. Lakin prosesi başa çatdıra bilmədim.
Təxminən 2 dəqiqə davam edən onlayn prosesi bank hesabı açmaq üçün zəruri olan Vergilərin şəhadətnamə-dublikatına görə dayandırmaq məcburiyyətində qaldım.

2. Vergilərin sistemi isə hələlik AsanFinans-a inteqrasiya olunmayıb. Odur ki Paşa Bank –ın sistemi şəhadətnamə-dublikat üçün Vergilərin sisteminə yönəldir.
Dərhal onlayn formada İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) müraciət etdim və orada da təxminən 1-2 dəqiqə sərf etməklə elektron formada Vergilərə müraciət etdim. 1 gün ərzində uğurlu bildiriş – SMS gəldi.

3. Və yenidən Paşa Bank sisteminə daxil olmaqla yarımçıq qalmış onlayn prosesi yenidən davam etdim və 2 dəqiqəyə bitirdim. Generasiya prosesi getdi və cari hesablarım açıldı.

Beləliklə, Paşa Bankda onlayn hesab açmaq üçün sərf etdiyim : zaman :
2 dəq. + 1 gün + 2 dəq. = 1 gün 4 dəq.

Lakin əməliyyaların aparılması və hesabın aktiv olması üçün yenidən banka yaxınlaşmaq tələb olunur. Çünki qanunvericiliyə görə imza nümunələri bankda təsdiq olunmalıdır.

Yekun qənaətim :
1. Əgər Vergilərin informasiya sistemi AsanFinans-a inteqrasiya olunarsa demək 5 dəqiqəyə hesab açmaq realdır.

2. Əgər imza nümunələri ilə bağlı qanunvericiliyin tələbləri dəyişərsə demək ümumiyyətlə banka getmədən 5 dəq. hesab açmaq və dərhal da bank əməliyyatlarına başlamaq mümkündür.

Əvvəllər bu proses üçün 3-4 gün, bəzənsə 10 gün tələb olunurdu.”


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.