Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016 / 16:07

Aprelin  26-da Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 2015-ci il üzrə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, nəticələrə əsasən, elektron bank xidmətləri və elektron ticarətlə bağlı elan edilmiş kateqoriyalar üzrə aşağıdakı banklar qalib elan edilib:

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:

1-ci yer – Bank of Baku ASC

2-ci yer – Bank Silk WayASC

3-cü yer – Bank Respublika ASC

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:

1-ci yer – Bank Respublika ASC

2-ci yer – Bank of Baku ASC

3-cü yer – Turanbank ASC

“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:

1-ci yer – Azərbaycan Beynəlxalq Bankı ASC

2-ci yer – Bank Respublika ASC

3-cü yer – Unibank ASC

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilmiş 9 qalib mövqenin 6-da qərarlamış banklar onlayn bankçılıq sistemlərində “Asan İmza” mobil identifikasiya və imzalama texnologiyasından istifadə edir. Bu texnologiya banklara maksimum təhlükəsiz və rahat şəraitdə müştərilərə elektron bankçılıq xidmətlərini təqdim etməyə imkan verir və beləliklə də, bankların analoji qiymətləndirmə müsabiqələri zamanı yüksək mövqelərə çıxmasına şərait yaradır.

Hazırda “Asan İmza” sadəcə mobil telefon vasitəsilə tələb olunan bütün əməliyyatları elektron qaydada həyata keçirməyə və sənədləri hüquqi baxımdan qanuni olan elektron imza ilə  imzalamağa imkan verən yeganə mobil imza xidmətidir. “Asan İmza” xidməti elektron mühitdə fərdi məlumatların və əməliyyatların tam təhlükəsizliyini və toxunulmazlığını təmin edir, bu isə “Asan İmza” texnologiyasının öz növbəsində elektron mühitdə şəxsiyyətin təyin edilməsi məqsədilə istifadə olunan digər ənənəvi alətlərlə müqayisədə ən mühüm üstünlüyüdür.

Hazırda ölkədə fəaliyyət göstərən 10-a yaxın bank elektron bankçılıq sistemlərində “Asan İmza” mobil elektron imza alətindən istifadə edir və həmin bankların müştəriləri hesabların açılması, kredit sifarişi, valyuta mübadiləsi və köçürülməsi, hesablara dair məlumatın əldə edilməsi və s. kimi xidmətlərdən günün istənilən vaxtında sadəcə mobil telefonun köməyilə yararlana bilər. Bir sözlə, demək mümkündür ki, bütün zəruri bank xidmətləri “Asan İmza” istifadəçisinin mobil telefonundadır və fasiləsiz olaraq istifadəyə açıqdır. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.