Banklarda 3-4 gün çəkirdi, ASAN Finans-da 1 dəqiqəyə olacaq

25-02-2019 / 10:12

Vətəndaşların maliyyə sektoru xidmətlərindən daha rahat istifadə edə bilməsi üçün elektron hökumət infrastrukturu üzərindən “ASAN Finans” layihəsi istifadəyə verilib.

Xeberler.az  bildirir ki, “ASAN Finans”ın iş prinsipləri və vətəndaşlara xidmət konsepsiyasıyla bağlı suallara “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik hüquqi şəxsin direktoru Fariz Cəfərov cavab verib. 

- İlk növbədə “ASAN Finans” ın mahiyyəti barədə məlumat verərdiniz. “ASAN Finans” hansı zəruriyyətdən yarandı? 

- Vətəndaşlar bankların, sığorta şirkətlərinin xidmətindən istifadə etmək üçün müracət zamanı məcburən müxtəlif dövlət və qeyri-hökumət qurumlarından arayışlar toplayırdı. Xidmətindən istifadə etmək istədiyi banka, sığorta şirkəti və ya digər kommersiya təşkilatlarına iş yerindən arayış, şəxsiyyət vəsiqəsi, başqa rəsmi sənədlərinsürətlərini, bəzən ailə üzvlərinə dair, bir çox hallarda əmlak və s.-lə bağlı məlumatlar təqdim etməli olurlar.

“ASAN Finans” bu çərçivədə banklar, sığorta şirkətləri və digər təşkilatlar ilə əməkdaşlıq edir. Fərdlərin şəxsi icazəsi ilə onlar haqqında olan məlumatlar elektron formada təşkilatlara ötürülür. Şəxs bank və digər təşkilatların xidmətlərinə müraciət edən zaman rahat şəkildə şəxsiyyət vəsiqəsində göstərilən FİN-i yazaraq şəxsən icazə verdikdən sonra onun haqqında olan məlumatlar elektron hökumət infrastrukturu vasitəsilə təşkilatlara ötürülür. Beləliklə müraciət edən şəxs kağız daşıyıcıda heç bir əlavə sənəd təqdim etmədən rahat şəkildə lazım olan xidmətdən istifadə edir.

Bununla yanaşı “ASAN Finans” vasitəsi ilə mobil və e-bankinqi olan banklar, bank filialları, sığorta şirkətləri və digər maliyyə institutları vətəndaşın razılığını elektron formada aldıqdan sonra yenə də eyni formada xidmət göstərə bilər. Əvvəllər bankda hesabı 3-4 gün ərzində açmaq olurdusa hazırda 5 dəqiqə ərzində hesab açmaq mümkün olur. “ASAN Finans” a inteqrasiya olunmuş təşkilatlar da xidmətlə bağlı tələb olunan məlumatları artıq çox rahat şəkildə almış olur. Bu da xidmətdən istifadə üçün müraciət edən vətəndaşın dərhal xidmət almağına imkan verir. “ASAN Finans” ın təqdim etdiyi məlumatlar hazırda, ilkin mərhələdə şəxsiyyət vəsiqəsinə dair məlumatlar, təqaüdçü məlumatları eyni zamanda rabitə xidmətlərinə dair borcun olub-olmaması barədə məlumatlar və ümumvətəndaş pasportuna dair məlumatlardır.

Növbəti mərhələdə xidmət almaq üçün müvafiq quruma kağız daşıyıcıda təqdim olunmalı olan VÖEN -ə dair məlumatlar, məhkumluq məlumatlarıvə digər bu tipli məlumatlar “ASAN Finans” tərəfindən əməkdaşlığın mövcud olduğu təşkilatlaratəqdim olunacaq. Nəticə etibarı ilə “ASAN Finans” ın faydası ondan ibarətdir ki, artıq təşkilatlar məlumatların ən son məlumat olduğuna əmin olurlar. Şəxsiyyət vəsiqəsində insan evlənirsə, boşanırsa və yaxud da adını,soy adını dəyişirsə həmin informasiyalar aidiyyəti təşkilatlarda dəyişmir. Təkrarçılıq aradan qalxır, kağız daşıyıcılardan istifadə olunmur, operatorun etdiyi səhvə görə vətəndaşın adı sistemə səhv daxil olması kimi texniki xarakterli çoxsaylı problemlər müşahidə olunmur.

“ASAN Finans” ın tətbiqi zamanı vətəndaşların bəzi hallarda məruz qaldığı süni şəkildə yaradılan büroktratik əngələrin qarşısı alınmış olur. Misal üçün hər hansı kredit almaq istəyən vətəndaşlardan adətən iş yerindən arayış tələb olunur. Bütün bunlar vətəndaşların sürətli xidmət almağına mane törədirdi. “ASAN Finans” vasitəsilə artıq banklarda hesab açılması 3-5 gündən, 3-5 dəqiqəyə endirilib. 


- Hazırda konkret olaraq hansı təşkilat və banklarla əməkdaşlıq edirsiniz? 

- “ASAN Finans” ümumilikdə 20 təşkilatla əməkdaşlıq edir. Banklardan 4-ü ASAN Finans-atam inteqrasiyaolunub. Paşa Bank, Kapital Bank, Ekspress bank, Premium Bankla yanaşı 1 kredit təşkilatı Azərbaycan Mikro Kredit MMC, 1 ödəniş sistemi PaySist MMC ilə inteqreasiya prosesləri yekunlaşıb. Access bank və Rabitə Bank, Beynəlxalq Bankla inteqrasiya prosesinəyeni başlanılıb.

Qeyd edim ki, “ASAN Finans” a Azərbaycanda mövcud olan bütün bank və maliyyə qurumları əməkdaşlıq təklif edib. Hər bir təşkilat, sahibkarlıq subyekti, bank üçün bu məlumatları sürətli şəkildə almaq əlverişlidir. “ASAN Finans” çərçivəsində böyük sığorta şirkətləri ilə də əməkdaşlıq əlaqələri qurulmuşdur. Sırf maliyyə institutları üçün nəzərdə tutulan “Rəqəmsalıqla Reallığa”adlandırdığımız təqdimatda bizim qurumun hansı yenilikləri edəcəyi Elektron Hökumətin İnkişafı Mərkəzi olaraq hansı layihələri həyata keçirməyi planlaşdırdığımızı və görülən işləri bildirdik.
Təqdimatdan sonra yeni müraciətlər aldıq. Bunların arasında tək bank və sığorta şirkətləri deyil, vətəndaşların sənədləri əsasında kredit verərək,böyük texnoloji avadanlıqların satışını həyata keçirən mağazalar şəbəkələrikimi şirkətlər də var. “ASAN Finans” əməkdaşlıq etməkdə maraqlı olan bütün idarə və təşkilatlara bu imkanları yaradır. 

- Hər hansı vətəndaş “ASAN Finans” la kredit sifariş vermək istəsə bütün banklarla bu xidməti həyata keçirir? 

- İnteqrasiyanın tam yekunlaşdığı bankların bütün xidmətləri həyata keçirilir. “ASAN Finans” a tam inteqrasiya etmiş 4 bank və 1 bank olmayan kredit təşkilatı və 1 ödəniş sistemi var. Biz dekabrda fəaliyyətə başladıqdan sonra Paşa Bank yanvardan öz mobil aplikasiyası ilə bu xidməti təklif etdi. Hazırda da əməkdaşlıq uğurla davam edir. 

- ASAN Finans bankların xidmətlərinə inteqrasiya etməsi,bankları həyata keçirdiyi funksiyaların bir qismini həyata keçirməsi bankları sıradan çıxarmayacaq ki? 

- Yox, əksinə “ASAN Finans” bu prosesləri çox rahatlaşdırıb. Biz fiziki olaraq baş verən prosesi elektron mühitə keçirdik. Qanunvericilikdə fiziki olaraq tələb olunan sənədlərdəki məlumatları “ASAN Finans” elektron formada, daha tez operativ şəkildə təqdim edir. 

- “ASAN Finans” vətəndaşa kredit verir? 

- “ASAN Finans” kredit vermir. “ASAN Finans” vətəndaş və institutlar arasında vasitəçi missiyasını həyata keçirir. Məlumatların ötürülməsini təmin edərək proseslərin dinamikliyində rahatlıq yaradır. “ASAN Finans” kreditin verilmə səbəbi,kreditin verilməsi yaxud niyə verilməməsi kimi məsələlərə baxmır. Sadəcə olaraq əvvəllər vətəndaş kredit almaq üçünVergilər Nazirliyindən,DSMF -dən ,əmək bildirişi ilə bağlı müxtəlif arayışlar alırdı. Artıq bu arayışlar üçün müraciətləri olmayacaq. Sadəcə olaraq öz istəyini bildirdikdən sonra həmin məlumatlar elektron sistemlə avtomatik olaraq qarşı tərəfə ötürülür. 

- Vətəndaşların kredit ödənişini gecikdirdiyi üçün ölkədən çıxışına qoyulan qadağa ilə bağlı məlumatı “ASAN Finans” dan öyrənmək mümkün olacaq? 

- İlkin mərhələdə həmin məlumatla bağlı xidmət “ASAN Finans” da yoxdur. Bu məlumatların təqdim olunması uzun bir inteqrasiya prosesini əhatə edəcək . Bu proses böyük əmək resursu tələb edir. İlkin olaraq ən çox müraciət olunan xidmətlər və ən çox tələb olunan sənədlər üzərindən getdiyimizə görə əsasən şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatlar daxil olmaqla digər ümumi məlumatları təqdim edirik. Qeyd edim ki, şəxsiyyət vəsiqəsinə dair 20 dən çox məlumat var. Doğum tarixi, ad,soyad vəs. Burada çox incə məqam var. Əvvəllər olduğu kimi yalnız vətəndaşın icazəsi ilə onun haqqında məlumatlar banklara ötürüldüyü kimi virtualda da eyni şəkildə onun haqqında məlumatlar banklara yaxud digər strukturlara yalnız vətəndaşın icazəsi ilə ötürüləcək. Vətəndaşın icazəsi və razılığı olmadan bu məlumatların ötürməsi mümkün deyil. Bankların vətəndaşın icazəni almadan bu məlumatlara əlçatanlığı mövcud deyil. 

- Bəs vətəndaşın icazəsi ilə bağlı prosedur necə həyata keçiriləcək? 

- Vətəndaş xidmət üçün müraciət edən zaman əgər mobil aplikasiyalara elektron imza ilə daxil olubsa artıq müracət edənin vətəndaşın özü olduğu məlum olur. Bu məlumatların ötürülməsinə “Şərtlər və Qaydalar” təlimat sistemi var-bu məlumatların ötürülməsinə razıyıq. Burda hər xidməti aldıqca qarşısına “bu məlumatların ötürülməsinə razıyam”tələbi çıxacaq. Əgər banka getsə orada yenə yazılı iltizam imzalamalıdır ki,mən hesab açmaq üçün,kredit almaq üçün bu məlumatların elektron hökümət vasitəsilə banka ötürülməsinə razılıq verirəm. Ondan sonra bank əməkdaşı həmin şəxsin FİN-i daxil edir sistemə FİN-i daxil ediləndən sonra ona verilən icazə çərçivəsində hansı məlumatlara çıxışı varsa o məlumatları əldə edir. 

- Gələcəkdə “ASANFinans”ın işinə hansı qurumları cəlb etmək istəyirsiniz? 

- Cənab prezident İlham Əliyevin “ Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları“ haqqında 2018-ci il 12 sentyabr tarixli imzaladığıfərman var. Biz bu fərmana uyğun olaraq hazırda dövlət qurumları ilə inteqrasiyanı həyata keçiririk və bu inteqrasiyalar baş tutduqca o məlumatların qurumlar arası ötürülməsi, məlumatın vətəndaşa ötürülməsi,məlumatların biznes sektorundaxidmətlərin göstərilməsinə ötürülməsi istiqamətində fəaliyyətimizi davam ediririk.

Hazırda “e-gov. az” portalı vətəndaşlara və qurumlara yüksək səviyyəli xidmət göstərir . Portalın 900minə yaxın istifadəçisi var gün ərzində minlərlə insan xidmətdən istifadə edir. “e-gov. az”-da 440 dan çox elektron xidmət göstərilir. “MyGov” vətəndaşın yanında olan,daim ona kömək edən və vətəndaşı qabaqlayanhökumət və dövlət prinsiplərini özündə əks etdirir. Əvvəllər əgər şəxs şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini gördüyü zaman şəxsiyyət vəsiqəsinin dəyişilməsi üçün gedib xidmətə müraciət edirdisə ”MyGov” layihəsində şəxsi kabinet çərçivəsində şəxsi müraciət etmədən dövlət ona hansı sənədlərinin vaxtının bitməsi haqqında bildiriş göndərəcək. Bu sms,email və şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Adını, soyadını hətta evlənib yaxud boşanmağı yaxud unversitetə daxil olunması barədə məlumatlar ora daxil olunacaq. Vətəndaşa dəyişilməsi lazım olan bütün sənədlər barədə müvafiq olaraq ona məlumat veriləcək. Vətəndaşın məlumatlarına kimlər baxıbsa onunla bağlı tarixçə barədə məlumat alacaq. Əgər o məlumatların ötürülməsi ilə bağlı vətəndaş özü müraciət etməyibsə bununla bağlı müraciət edə biləcək. Həmin şəxsi kabinet vasitəsi ilə vətəndaş öz fikirlərini, şərhlərini,şikayətlərini,təkliflərini istədiyi quruma göndərə biləcək. Elektron formada bir çox xidmətlərə müraciət etmək imkanı əldə edə biləcək. Öz məlumatlarında müəyyən dəyişikliklərə ehtiyac varsa onunla bağlı bizim quruma müraciət edəcək ki, o məlumatların doğrulanması həyata keçirilsin.
Beləliklə şəxsin “ASAN xidmət”də digər qurumlarda ala biləcəyi xidmətlərin vitual formada “MyGov” şəxsi kabineti vasitəsilə ilə götürülməsi ilə bağlı işlər həyata keçirilir. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırda 40-dan çox layihə icra olunmaqdadır. Bunların arasında elektron Kənd Təsərüfatı sistemi də var. Elektron Kənd Təsərüfatı sisteminin yazılması proqram təminatının hazırlanması tərəfimizdən həyata keçirilir ,orada da mobil aplikasiyalar-tətbiqlər hazırlanır. Rəqəmsal şəkildə müxtəlif elektron xidmətlər təklif olunacaq. Hər bir fermer olduğu yerdəcə özü haqqında məlumatlları təqdim edir,öz tarlası,istixanaları, nə əkdiyi ,nə əkmək istədiyi, Kənd təsərüfatının hansı sahəsi ilə məşğul olması və bu kimi digər zəruri informasiyalar barədə məlumat verir. Bu sistem vasitəsi ilə fermer məlumatla yardım ala bilər.

Eyni zamanda kredit və subsidiyalar almaq üçün müraciət edə bilər. ”MyGov” sistemində xidmətlər şəxsin özəlliyindən və kimliyinə bağlı olaraq hansı xidmətlər ala bilərsə həmin formada təqdim oluncaq. Məsələn əgər vətəndaş müəllimdirsə müəllimə uyğun xidmətlər,fermerdirsə fermerə uyğun xidmətlər təqdim olunacaq. Bir şəxs həm dövlət qulluqçusu da,hər hansı bir təşkilatda vəzifədə də ola bilər. O vəzifələrdən irəli gələrək də vətəndaşın ala biləcəyi xidmətlər hüquqi şəxslər üçün ayrı, fiziki şəxlər üçün ayrı xidmətlər təqdim olunacaq.
Sistemə daxil olma “ASAN Login” çərçivəsində olacaq, “vahid giriş identikləşdirmə və avtorizasiya” bütün hamısını bir yerdə əhatə edir. Biz elektron hökümət olaraq şəxsin kimliyini tanımlayıb onun istənilən sistemə girişi ilə bağlı şərait yaradırıq. Bu layihə bütün dövlət qurumları və özəl sektor üçün açıqdır. “ASAN Login”-ə qoşularaq çox rahatlıqla öz mobil aplikasiyalarının qeydiyyat hissəsini artıq təxirə sala bilərlər. ”ASAN Login”i öz aplikasiyalarına inteqrasiya etməklə vətəndaşın kimliyi haqqında məlumatı ala bilərlər. ”MyGov” layihəsinin bir devizi var : “Bir klik qədər ASAN”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə