BANM və Asan Kadr ikinci Karyera sərgisi keçirəcək

06-03-2019 / 11:46

Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi Coca-cola şirkətinin sponsurluğu ilə gənclərin məşğulluğunu artırmaq üçün 2-ci “Karyera sərgisi”ni keçirəcək.

Xeberler.az  bildirir ki, karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan olacaq. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradacaq.

Sərgi 2019-cu il 12 mart tarixində Bakı Ali Neft Məktəbinin kampusunda saat 10:00-13:00 kimi davam edəcək, sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcək. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

Qeyd edək ki, BANM və ASAN Könüllülük Məktəbi gənc mütəxəssislərin işlə təmin olunması məsələrinə hər zaman xüsusi diqqət yetirən müəssisələr sırasındadır. Xatırladaq ki, BANM-ın ötən ilki məzunlarının 100%-i artıq işlə təmin olunub, ASAN Könüllülük Məktəbindən isə bu günə kimi 1100-ə yaxın ASAN kadr işlə təmin edilib. Ötən il BANM və “ASAN kadr” karyera mərkəzinin birgə keçirdiyi 1-ci “Karyera sərgisi”ndə isə 53 müəssisə təmsil olunub və 1500-dən çox iştirakçı olub.         


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.