Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017 / 17:46

Məlumat verdiyimiz kim, WoWoman  2 illiyini qeyd edib.

Xeberler.az-ın məlumatına görə, Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu il ərzində WoWoman platformasının ən yaxşı tərəfdaşlarından biri elan olunub.

Qeyd edilib ki, WoWoman platforması ötən il Barama Mərkəzi ilə birlikdə TechFall 2016 Hackathon layihəsini həyata keçirib. Layihə çərçivəsində proqramçılar 36 saat ərzində yatmadan, fasiləsiz yeni mobil tətbiqetmə hazırlayaraq Hackathon formatında yarışıblar.

WoWoman platformasının ötən il ərzindəki ən uğurlu layihələrindən biri olan Tech-Tech Xanım da Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyilə  baş tutub.

İl ərzində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında məlumatlar verilib. Proqram çərçivəsində 20-dən çox tədbir keçirilib, 1500-dən çox ərizə daxil olub.

Ötən il həmçinin, “WoWenture” sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün “HR Academy” layihəsinə start verilib. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə