Bayram endirimlərində almaq üçün ən yaxşı smartfonlar

20-12-2015 / 19:16

Yeni smartfon almaq üçün bayramlar çox gözəl vaxtdır.

Belə vaxtlarda adətən xeyli sayda kampaniyalar, endirimlər olur.

Xeberler.az smartfon almaq istəyənlər üçün 11 ən  yaxşı smartfonu təqdim edir:

BlackBerry Priv

BlackBerry Priv şirkətin ilk Android əməliyyat sistemi ilə işləyən smartfonudur. Sürüşən klaviaturaya sahib smartfon həm ənənəvi BlackBerry klaviaturasını, həm də Android əməliyyat sistemini birlikdə təqdim edir.

Motorola Moto G

Moto G bəlkə də, digər güclü rəqiblərindən öz göstəricilərinə görə geridə qalır. Lakin olduqca aşağı qiyməti onu almağa dəyər edir. Bnunla yanaşı, Moto G 13 meqapiksel kameraya, 5 düym ekrana və su keçirməyən təchizata sahibdir.

OnePlus 2

Ucuz və keyfiyyətli smartfon kimi OnePlus 1 olduqca böyük maraq və rəğbət toplayıb.

Elə OnePlus 2 da bu adı daşımağa davam edir. 64 bitlik mikroprossesor, 1080 piksellik 5.5 düym ekran, 13 meqapiksel kamera və barmaq izi sensoru ilə smartfon bazarın aparacı smartfonların da geri qalmır, həm də daha ucuzdur.

iPhone 6 və iPhone 6 Plus

Apple məhsullarını bəyənən, lakin ən son model iPhone 6S və ya 6S Plusa çox pul xərcləmək istəmirsinizsə, iPhone 6 və 6 Plus ideal seçimlərdir.

Bir qədər köhnə model olmasına baxmayaraq, eyni ölçülərə və dizayn elementlərinə sahib smartfonlar keyfiyyət və performansına görə uğurlu seçimdir.

Motorola Moto X

Android smartfonlar bazarının iddialı siması Motorolanın bu smartfonu yüksək görüntü keyfiyyətli ekrana və 21 meqapiksel kameraya sahibdir.

Həmçinin smartfon üçün xüsusi hazırlanan Android versiyası istifadəni rahat və sürətli edir. Bəzi xüsusiyyətlərinə görə rəqiblərindən geridə qalırmış kimi görünsə də, qiymətinə görə çox uğurlu seçim sayıla bilər.

HTC One M9 və A9

M9 modelini HTC smartfonlarının yenilənmiş varaintı saymaq olar. HTC M9 əvvəlki gözoxşayan dizaynı ilə birlikdə daha yaxşı kamera və sürətli mikroprosessorla birlikdə gəlir.

Əgər siz iPhone dizaynına sahib Android smartfon istəyirsinizsə, onda A9 sizə uğyun seçim ola bilər. Öz dizaynına görə iPhone-lara çox bənzəyən A9 bir çox qalmaqala da səbəb olub.

Gözəl dizaynla birlikdə yüksək texniki göstəricilərə də malikdir.

Samsung Galaxy Note 5

Galaxy Note 5 böyük ekranlı Android smartfon axtaranlar üçün gözəl seçimdir. Xüsusilə, Android versiyasına uyğun edilən təkmilləşdirmə işləri qələmdən istifadəni də olduqca rahat və əlverişli edir. İndi qələmi çıxardıqda xüsusi tətbiqlərin olduğu menyu açılır, ekran bağlı olduqda belə qeydlər etmək olur.

Əgər sizə qələm lazım deyilsə, təkcə böyük ekran Android smartfon axtarırısınızsa, onda Samsung Galaxy S6 Edge+ gözəl seçim ola bilər.

Samsung Galaxy S6

Şirkətin yenidən dizayn etdiyi Galaxy S6 bazarın aparıcı smartfonlarındandır. 5.2 düym ekranı isə bir çoxlarının ürəyincədir.

Əgər bir az daha artıq pul versəniz, Galaxy S6 Edge modelini əldə edə bilərsiniz. Bu model xüsusi oval kənarlara sahibidir ki, bunlar da müəyyən əlavə xüsusiyyətlərə sahibidir.

Google Nexus 5x

Ucuz və keyfiyyətli Android smartfonlardan biri də Nexus 5X-dir. 5.2 düym ekrana və 12.3 meqapiksel kameraya sahibdir. Həmçinin xüsusi Android versiyasına sahibdir.

iPhone 6S Plus

Böyük ekranlı smartfonlardan danışdıqda yeni iPhone 6S Plus-dan da bəhs etmək də vacibdir.

Galaxy Note-la ciddi rəqabətdə olan bu smartfon indi daha sürətlidir, daha yaxşı kameraya, təkmilləşdirilmiş barmaqizi oxuyucusuna və digər yeni Apple texnologiyalarına sahibdir.

iPhone 6S

iPhone 6-dan çox  fərqlənməsə də, xeyli təkmilləşdirmələrə sahibdir. Daha sürətlidir, daha yaxşı kamerası var və yeni Apple 3-D Touch texnologiyasını dəstəkləyir.

Murad Məmmədzadə

 

 

 

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə