Bayram günlərində kartların təhlükəsizliyini necə qorumalı?

17-03-2017 / 17:28

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard  şirkəti Novruz bayramı tətilində ölkə xaricinə üz tutmaq və çəkinmədən ödəniş etmək istəyənlər üçün tövsiyələrini açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, Mastercard pasportunuz və ya kartınızı verən bankın əlaqə nömrələrinin təhlükəsizliyini qoruyur və ilk növbədə bu iki əsas məlumat mənbələrini pul qabınıza deyil, daha etibarlı bir yerə – telefonunuza qeyd etməyi tövsiyə edir.

Mastercard  həmçinin bu məlumatları telefonla zəng vurduqda rahatlıqla əlaqə saxlaya biləcəyiniz bir ailə üzvünüzə və ya etibar etdiyiniz bir dostunuza əmanət etməyin köməyinizə gələcəyini qeyd edir.

Digər əhəmiyyətli tövsiyə isə əşya çoxluğundan çəkinmək və özünüzlə sadəcə ehtiyac duyduğunuz minimum sayda əşya götürməkdir. Pul qabınızda əlavə yer tutan və başqalarının əlinə keçəcəyi təqdirdə sizin üçün təhlükə yarada biləcək rəsmi sənəd və ya fotoşəkil kimi əşyaları təhlükəsizliyiniz üçün evdə qoymağınız çox vacib məqamlardandır.

Mastercard-ın təhlükəsizlik ipucularından biri də ödənişlərdə nağd pul yerinə kartlarınızdan istifadə etmənizdir.

 Valyuta mübadiləsi əvəzinə kartla ödənişlərə üstünlük versəniz səyahət zamanı daha praktik və etibarlı alış-veriş həyata keçirə bilərsiniz.

Ölkə xaricində Mastercard  bank kartı və ya kredit kartlarından istifadə etməyin üstünlüklərinə Mastercard-ın dünyanın bütün ölkələrində keçərli olması və arzu etdiyiniz halda kart xərclərinizin valyuta mübadiləsi problemi olmadan ödənilə bilməsidir.

Bununla yanaşı, bankınızın təqdim etdiyi endirim və bonus toplama kampaniyalarından yararlanmağa davam edə bilərsiniz.

Səyahət etdiyiniz şəhərlərdə qiymətsiz təklifləri də nəzərdən qaçırmaq olmaz: www.priceless.com.

Tətil müddətində kartınızı yanınızdan ayırmamağınız və ya qaldığınız hoteldə yaddan çıxarmamanız çox vacibdir.

Bununla belə, kartınızı itirdikə və ya oğurlandıqda sizdən xəbərsiz istifadə olunmaması üçün asanlıqla kartı bloka salıb, təhlükəsizliyinizi təmin edə bilərsiniz.

Vətənə döndükdə səyahət zamanı etdiyiniz alış-verişlərin qəbzini özünüzdə saxlayın ki, bu, hesabdan çıxarışla qəbzləri qarşılaşdıra və uyğunsuzluq aşkar etdiyiniz təqdirdə bankla əlaqə saxlamanıza imkan yaradacaq.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.