Bayramda Uber-lə hər şeyi çatdırmaq mümkündür

27-12-2017 / 13:00

Hər birimizin ən sevimli bayramlarından biri, heç şübhəsiz ki, Yeni ildir. Lakin bayram günlərində işlər o qədər çox olur ki, bəzən vaxt məsələsində çətinliklərlə qarşılaşırıq.

Bu məqamda Uber beynəlxalq texnologiya şirkəti istifadəçilərin yardımına gəlir. 

Belə ki, Uber-lə siz cəmi bir neçə toxunuşla rahat və münasib qiymətə gediş sifariş edə bilərsiniz. Bununla da, siz parkinqdə yer tapmadığınız üçün harasa gecikmək problemindən azad olacaq, həm də gedişin qiymətini sifariş etməzdən əvvəl dəyərləndirə biləcəksiniz.

Şirkət qeyd edir ki, əgər böyük kompaniya ilə şəhərdə hərəkət edirsinizsə, o zaman gedişin dəyərini bütün iştirakçılar arasında bölməklə nəqliyyat xərclərinizə qənaət edə bilərsiniz, bunun üçün sadəcə hər bir istifadəçinin aktiv Uber hesabının olması lazımdır.

Kompaniya ilə gəzinti həm də dostunuza sizin verdiyiniz promokoddan istifadə etməklə ilk pulsuz Uber gedişini hədiyyə etmək üçün əla fürsətdir. Sizin bu yaxşı əməliniz də  gedişdən  sonra sizə bonuslar şəklində geri qayıdacaq.

Planınızda yığıncaq varsa və məkana ilk siz çatmısınızsa, Uber tətbiqi vasitəsilə hər zaman dostlarınıza cari  koordinatlarınızı və təxmini çatma vaxtını göndərə bilərsiniz.

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə