BDU alimləri Nobel mükafatçıları ilə nanotexnologiyaların perspektivlərini müzakirə ediblər

31-10-2013 / 20:58

Bakı Dövlət Universitetində “Nobel” mükafatı laureatlarının Laflin Robert Betts (Fizik), David Gross (Fizik), Markus Rudolf Arturun (Kimya) iştirakı ilə “Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar” adı altında “dəyirmi masa” keçirilib.

Akademik Abel Məhərrəmov “Nobel” mükafatçılarına universitetdə görülən işlərdən danışıb. Maraqlı elmi müzakirələrin keçdiyi “dəyirmi masa”da professorlar - Məhəmmədəli Ramazanov “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazov “Neft sənayesində nanotexnologiyalar” (Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə işləri) və Eden Mamut “Nanomayelər sahəsində elmi tədqiqatların hazırkı vəziyyəti – gələcək tədqiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzusunda məruzə ediblər.

“Nobel” mükafatçıları Bakı Dövlət Universitetində elmi müstəvidə bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar nanotədqiqatlar sahəsində aparılan tədqiqat işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd ediblər.

Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə öz tövsiyələrini veriblər. “Dəyirmi masa” verilən suallara ətraflı cavablarla başa çatıb.(ictnews.az)


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə