BDU-nun jurnalistika fakultəsi “Jurnalist” qəzetini buraxacaq

22-10-2009 / 18:13

Cahangir Məmmədli: \"Qəzet \"525-ci qəzet\"də \"Qəzetdə qəzet\" rubrikası ilə dərc olunacaq

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsi təhsil ocağının 90 illik yubileyi ilə əlaqədar olaraq \"Jurnalist\" adlı qəzet buraxacaq. BDU-nun jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin verdiyi məlumata görə, oktyabrın 31-də \"Jurnalist\" qəzetinin 1-ci nömrəsi \"525-ci qəzet\"in orta səhifəsində \"Qəzetdə qəzet\" rubrikası ilə çap olunacaq.

Qəzet 4 səhifədən ibarət olacaq: \"525-ci qəzet\" jurnalistika fakultəsinin müəllim və tələbələrinin yaradıcılıq laboratoriyasıdır. Bizə bu qədər kömək göstərən bu laboratoriya həm də bizim qəzetimizi öz qəzetinin içində nəşr etməyə söz verib. \"Jurnalist\" \"525-ci qəzet\"in tirajı sayında yayımlanacaq. Tələbələr də özlərinin olan bu qəzetdə yazılar yazacaqlar\".

C.Məmmədli onu da bildirib ki, qəzetə redaktorluğu hər dəfə müəllimlərdən 1-i həyata keçirəcək. Bir müddətdən sonra isə redaktorluq da tələbələrdən birinə həvalə olunacaq. Qeyd edək ki, bundan sonra \"525-ci qəzet\" ayda bir dəfə özünün şənbə nömrələrindən birində \"Qəzetdə qəzet\" rubrikası ilə \"Jurnalist\" qəzetini çap edəcək. // Olaylar


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə