BDU yüksək texnologiyalar istiqamətində araşdırmalar üçün avadanlıqlar alıb

03-07-2015 / 10:10

Bakı Dövlət Universiteti Yaponiyanın İKT avadanlığı istehsalçısı olan Tokio-Boeki şirkətindən yüksək texnologiyalar istiqamətində istifadə olunan avadanlıqlar alıb.
 
BDU-nun mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, universitet tərəfindən bu şirkətin ümumi dəyəri 1200000,0 dollar civarında yüksək ayrıdetmə qabiliyyətinə malik skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometri alınıb.
 
Bununla bağlı dünən BDU rektoru, akademik Abel Məhərrəmovla Yaponiyanın Tokio-Boeki şirkətinin prezidenti Keiji Takigava və  Ukrayna ofisinin icraedici direktoru Aleksey Şpakı arasında keçirilən görüşdə məlumat verilib.
 
Görüşdə universitet və Tokio Boeki şirkətinin əməkdaşlığından bəhs edilib və universitetdə yeni yaradılan Yüksək Texnologiyalar Mərkəzi üçün yeni avadanlıqlar alması istiqamətində danışıqlar aparılıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə