Belarusda analoq yayım dayandırılıb

15-05-2015 / 20:15

Mayın 15-də Belarus Respublikasında analoq televiziya yayımı dayandırılıb. Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən veridyi məlumata görə, sonuncu mərhələdə ölkə vətəndaşlarını analoq formatlı televiziya yayımı ilə təmin edən 10 obyekt söndürülüb.

Belarus Rabitə və İnformatizasiya Nazirliyinin məlumatına görə, yerüstü rəqəmli televiziya şəbəkəsi ölkənin bütün ərazisini əhatə edən 84 rəqəmli teleötürücüdən ibarətdir. Belarus vətəndaşları üçün rəqəmli formatda 8 televiziya və 1 radio proqramı pulsuz yayımlanır. 

Belarusda analoq yayımın dayandırılmasının birinci mərhələsi 1 avqust 2013-cü ildə həyata keçirilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə