Belçikada ilk Apple Store mağazası açılacaq

05-09-2015 / 12:08

Belçikanın paytaxtı Brüsseldə sentyabrın 19-da ilk Apple Store mağazası fəaliyyətə başlayacaq.

Xəbərlər-in RYTN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Apple şirkətinin Brüsseldə mağaza tikməsi ilk dəfə ötən ilin sonunda məlum olub. Həmçinin şirkətin yerli Apple Store üçün əməkdaşlar seçməsi gələn məlumatlar sırasında olub. 

İlk mağaza istifadəyə verildikdən sonra Apple Belçikanın digər şəhərlərində də bir neçə ticarət nöqtəsi açmaq niyyətindədir. Bu məlumatın təsdiqi kimi şirkətin yeni işçilər axtarması barədə yayılan məlumatları qeyd etmək olar. Şirkətin saytında yerləşdirilən vakansiyalardan məlum olur ki, Apple ikinci mağazanı Antverpen şəhərində açmağı planlaşdırır.

Şirkətin pərakəndə və onlayn satışlar departamentinin rəhbəri Ancela Arendtsin bildirdiyinə görə, 2015-ci ildə Apple dünyada 25 Apple Store mağazası açmağı nəzərdə tutur.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə