Best Of Blogs-2008 5-ci beynəlxalq bloqlar müsabiqəsinə start verilib

02-09-2008 / 15:51
"Alman dalğası" teleradio şirkəti Best Of Blogs-2008 – 5-ci beynəlxalq bloqlar müsabiqəsinin başlaması barədə elan edib. 31 avqust tarixindən etibarən dörd həftə ərzində layihənin saytında istifadəçilər bəyəndikləri bloqları 16 müsabiqə nominasiyası üzrə iştirak üçün təqdim edə bilərlər. Müsabiqədə 11 dildə bloqlar iştirak edə bilər: ingilis, rus, alman, ərəb, çin, fars, portuqal, holland, indoneziya və ispan. İştirak haqqında ərizələr sentyabr ayının 30-dək qəbul ediləcək. Bundan sonra jurnalistlərdən, media-ekspertlərindən və bloq yazanlardan ibarət münsiflər heyəti daxil olmuş təkliflərə baxacaq və hər tematik kateqoriyadan namizədlər seçəcək. Müsabiqənin qalibləri oktyabrın 27-dən noyabrın 26-dək aparılacaq internet-səsvermə vasitəsi ilə müəyyən olunacaq. Qalib bloqların 27 noyabr tarixində Berlində yerləşən Kommunikasiya Muzeyində adlarının çəkilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il Best Of Blogs müsabiqəsində yeddi mindən çox bloq iştirak edib. Ən yaxşı bloqları müəyyən etmiş səsverməyə isə 100 mindən çox istifadəçi qatılıb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə