Beyləqanda 2633 abonent genişzolaqlı internetlə təmin edilib

08-08-2016 / 12:42

Beyləqan rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Xeberler.az  Palitranews-a istinadən məlumat verir ki, Beyləqan Rayon İcra Hakimiyyətindən bildiriblər ki, cari ildə 476 abonentə telefon xətti çəkilib, 2633 abonent genişzolaqlı internetlə təmin edilib.

Rabitənin və informasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Aşıqalılar, İmamverdili, Eyvazalılar, Dünyamalılar, Təzəkənd, Qəhrəmanlı, İkinci Aşıqlı, Milabad, Yuxarı Aran qəsəbə və kənd elektron avtomat telefon stansiyalarının xətt şəbəkəsində təmir işləri aparılıb. 60 telefon dirəyi dəyişdirilib, 360 abonentin abunə xətləri təmir olunaraq yenisi ilə əvəzlənib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.