Beynəlxalq Bank İT üzrə açıq tender elan edib

29-05-2017 / 10:21

Azərbaycan Beynəlxalq Bankı Oracle DB və RAC lisenziyalarının satın alınması üzrə tender elan edib.

Xeberler.az bildirir ki, Bankın rəsmi elanında qeyd edilib ki, tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqı ödəməlidir.

Tenderdə iştirak üçün tələb olunan sənədlərə tenderdə iştirak etmək üçün yazılı müraciət, tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi, tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır) və digər sənədlər tələb olunur.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 iyul 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 17 iyul 2017-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,67 ünvanına təqdim etməlidir. (Report)

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.