Beynəlxalq Bankın xidmətləri ASAN ödəniş terminallarında

08-11-2016 / 15:46

Azərbaycan Beynəlxalq Bankı ASC ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Xeberler.az-ın məlumatına görə, bu barədə  bankın məlumatında qeyd edilib.

Bildirilib ki, müqavilə ölkə ərazisində ASAN ödəniş terminallarından istifadə üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, İnnovasiyalar Mərkəzi ölkə ərazisində ASAN ödəniş terminallarının və bu terminallar vasitəsilə təklif olunan xidmətlərin sayını artırmaq niyyətindədir. Terminalların inkassasiya xidmətini və terminallar vasitəsilə həyata keçirilən ödənişlərin bank-xəzinə əməliyyatlarını İnnovasiyalar Mərkəzi üçün Azərbaycan Beynəlxalq Bankı təmin edəcək. 

Eyni zamanda, müştərilər ASAN ödəniş terminalları vasitəsilə bankın xidmətlərindən də faydalana biləcəklər. BütünASAN Xidmət mərkəzlərində mövcud olan bu terminallardan bankın filial və şöbələrində də quraşdırılır. Bu birgə layihə əhalinin bank məhsul və xidmətlərindən istifadə imkanlarını daha da genişləndirərək asanlaşdıracaq. 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.