Beynəlxalq İKT təlimlərində distant formada iştirak etmək imkanı

12-10-2016 / 16:33

Beynəlxalq Telekommunikasiya İttifaqının Varşava Milli Telekommunikasiya İnstitutu nəzdində Avropa ölkələri üçün şəbəkə texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması mərkəzi "İnternet şəbəkəsinə simsiz daxilolma texnologiyaları", "Teletrafik sistemlərinin layihələndirilməsi istiqamətləri üzrə elektron distant təlim kursları təşkil edir.

Xeberler.az-ın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki,  kurslarda azərbaycanlı nümayəndələr də iştirak edə bilər.

3,4, 24 və 25 noyabr tarixlərində keçiriləcək kurslar müvafiq olaraq təşkilat rəhbərləri, top-menecerlər, layihələndirmə və idarəetmə şöbələrinin işçiləri, menecer, inzibatçı, mühəndis və telekommunikasiya şəbəkələrinin işlənməsi, planlaşdırılması, yaradılması, istismarı və idarəetməsi ilə məşğul olan məsul şəxslər üçün nəzərdə tutulub.

Kursun sonunda təlim zamanı əldə edilən  bilik səviyyəsinin yoxlanılması üçün yazılı test təşkil ediləcək və kursu müvəffəqiyyətlə baş vuranlara sertifikatlar veriləcək.

Kurslar barədə ətraflı məlumatı aşağıdakı internet ünvanlarından əldə etmək olar:

https://szkolenia.itl.waw.pl/wireless-access-technologies-to-internet-network/

https://szkolenia.itl.waw.pl/teletraffic-engineering-for-the-internet-analytical-approach/        

Qeyd edək ki, Avropa ölkələri üçün şəbəkə texnologiyaları sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması mərkəzi sentyabrın 26-dan oktyabrın 3-dək "İnternet və innovasiyalardan istifadənin idarəetməsinin əsas aspektləri" üzrə onlayn kurs keçirib.  

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə