Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018 / 17:06

Azərbaycan bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.

Xeberler.az  Report-a istiandən bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Azərbaycanda ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və “Azercell” şirkətinin dəstəyi ilə komandamız Bakıda - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər.Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq. Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur.

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır. Bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.