Beynəlxalq internet trafikinin həcmi artıb

27-04-2015 / 21:34

Azərbaycana daxil olan beynəlxalq internet trafikinin həcmi artıb.

Rabitə və İnformasiya Texnologioyalar Nazirliyindən bildirilib ki, bu barədə Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasında qeyd edilib. Rəsmi statistikaya əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3 faiz artıb. Bu da Azərbaycana bu il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddi hesab edilir. Bununla yanaşı oyunların keçiriləcəyi stadionlarda da Nazirlik tərəfindən bir sıra işlər görülüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birinci müavini İltimas Məmmədov deyir ki, bütün stadionlara optik kabellər çəkilib. Eyni zamanda Mingəçevir şəhərindən Bakıya yüksək sürətli 1Gb sürətli rabitələr verilib. Radiotezliklərin qorunması üçün isə xüsusi texnikalar alınıb. Onları idarə etmk üçün komandalar işləyir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən oda bildirildi ki, I Avropa Oyunları zamanı arenalarda yüksək sürətli internetlə bağlı heç bir problem olmayaca.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə