Beynəlxalq müsabiqədə hansı startaplarımız yarışacaq?

19-11-2015 / 21:43

Məlumat verdiyimiz kimi, gələn ay Bakıda   dünyanın 35 şəhərində keçirilən "IE Venture Days"- beynəlxalq startap müsabiqəsi  və biznes konfransı keçiriləcək.

Yüksək Texnologiyalar Parkından Xeberler.az-a verilən məlumata görə, dekabrın 3-də Bakıda 5-i Azərbaycandan olmaqla, ən güclü 12 startap komandası  “IE Venture Day Baku” müsabiqəsində əsas mükafatlar üçün yarışacaqlar.
 
“IE Venture Day Baku”müsabiqəsinin münsiflər heyəti tərəfindən uzun müzakirələrdən sonra  potensial investorlar qarşısında öz layihələrini təqdim edəcək 10 ən güclü startap seçilib.

Geniş əhatəli, mövzuların müxtəlifliyi  və “pitch-off” formatında olması bu  müsabiqənin maraqlı və yaddaqalan olmasına tam təminat verəcək.

Müsabiqənin finalçıları:  

-SPROSIDOKTORA ( Rusiya-Belarus)

-OFFERBEE(Azərbaycan )

-NOOB(Azərbaycan )

-HEALTHBOOK  (Azərbaycan)

-PAWER (İspaniya)

-UNIEXO (Ukrayna )

-CREADY (Azərbaycan )

-APPOL (Azərbaycan)

-PAYMENT FIREWALL ( Belarus)

-ES WERING (İsrail)

Qeyd  olunur ki, seçilmiş bu komandalarla yanaşı, əlavə olaraq daha iki komanda Bakıya dəvət olunub. Bunlar  Belarusda  keçirilən "Global Entrepreneurship Week" müsabiqəsinin qalibi və Qazaxıstanda keçirilən "TechNations" müsabiqəsinin qalibləridir. 
 
Yekunda, "Venture Day Madrid" müsabiqəsində 10 finalistdən biri qismində çıxış etmək (bütün xərclər ödənilməklə), IE Business School 100 faizlik  təqaüdün ayrılması və partnyorlardan birində 3 aylıq inkubasiya dövrü, o cümlədən "IE Venture Lab" tərəfindən mentorluq və s. mükafatlar uğrunda 12 startap komandası mübarizə aparacaq.
 
Müsabiqədən başqa, tədbirin proqramına, həmçinin dünyanın top spikerlərindən ibarət, proqramlaşdırılmış təfəkkür və İKT-də qadınların rolundan başlayaraq innovasiyalar və meqatrendlərə kimi müxtəlif mövzuları əhatə edən biznes-konfransın keçirilməsi də nəzərdə tutulur.
 
 Bununla əlaqədar bir neçə məruzələrin və təqdimatların, o cümlədən UBER- uğur hekayəsi.  UBER MDB ölkələri üzrə direktoru Aleksey Stax tərəfindən təqdimatı, “Startapa necə başlamaq” mövzusunda  Şərqi və Mərkəzi Avropada  fəal investorlardan biri olan Maks Qurvits tərəfindən moderatorluq, Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış mövzusunda  "Products & Startups for Code for America" şirkətinin direktoru Leyn Beker tərəfindən təqdimat,  Facebook, Microsoft, Yüksək Texnologiyalar Parkı, o cümlədən Amerika Ticarət Palatasıvə bir çox digər spikerlərin çıxışları gözlənilir.

"IE Venture Day Baku" tədbirinin rəsmi Facebook səhifəsində, həmçinin YTP-nin səhifəsində tədbir haqda əlavə məlumat ala bilərsiniz.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə