Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplara təlim keçirildi -Fotolar

07-11-2015 / 13:26

Məlumat verdiyimiz kimi, hazırda  Yüksək Texnologiyalar Parkında Startap Günləri  davam edir.

Bu gün tədbirin  ikinci günüdür.

Qeyd etdiyimiz kimi, dünən  təqdim edilən 25  ideyanı münsiflər  təhlil edib və onlardan   6-sı  qalib gələrək bu ideya ətrafında komanda formalaşdırmaq və layihə hazırlamaq şansı  qazanıb.

Seçilən  innovativ biznes ideyaları Günlərdə iştirak edən digər gənclərdən  layihələri üçün 4-6 nəfərlik komanda formalaşdırıblar.

Xeberler.az-ın məlumatına görə, bu gün komandalar üçün müxtəlif təlimlər təşkil edilib.

Belə ki, ABŞ  səfirliyinin  iqtisadi   məsələlər üzrə mütəxəssisi  Justin Crevierin "Marketing Yourself and your Business "  ( Sizin marketinq və biznesiniz) mövzusunda  təlim keçib.

Mütəxəssis komanda  üzvlərinə  öz beynəlxalq təcrübəsindən danışıb. O, yeni startap layihəsi formalaşdırmağın əsas istiqamətlərini gənclərlə bölüşüb.

Justin Crevier  layihələrin təqdimatı zamanı vacib məqamlardan olan “elevator speech” haqda gənclərə geniş məlumat verib.

O həmçinin işə qəbul zamanı müsahibədə təqdim olunanan suallara necə cavab vermək lazım olduğunun istiqamətlərini də gənclərlə bölüşüb.

Qeyd edək ki, mütəxəssis bu günə qədər 200 beynəlxalq şirkətlərin işə qəbul prosesindəki  müsahibədə iştirak edib.

 Daha sonra  Azərbaycan startap sahəsindən yaxından tanıdığımız Orxan Rzayev komandalara “Yeni startapı necə təqdim etməli” mövzusunda təlim keçib.

Orxan Rzayev bununla bağlı beynəlxalq təcrübəsini gənclərlə paylaşıb.

Təlimlərdə yeni biznes ideyalarının startap layihəsi kimi formalaşdırmaq istiqamətində müzakirələr aparılıb.

Komandalara  biznes plan yazmaq, layihənin təqdimat qaydaları  tədris edilib. 

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.