Bəzi ATS-lərin xidmətində problemlər yarana bilər- Xəbərdarlıq

13-12-2016 / 14:09

Bakı Telefon Rabitəsi  İstehsalat Birliyi (BTRİB) Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri ilə bağlı abunəçilərə xəbərdarlıq edib.

Xeberler.az bildirir ki,  bu barədə BTRİB-in yaydığı məlumatda qeyd edilib.

BTRİB elan edir ki, aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yaranır.

Məkumata görə, təmir-bərpa işləri müddətində rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir.

Problemlər aşağıdakı telekommunikasiya qovşaqlarında yarana bilər:

- Xətai TKQ: ATS 411/412/561/566/493/498,

- Yasamal TKQ: ATS 401/406/430/432/538/568/581/502/594,

- Qaradağ TKQ: ATS 445/446/410/545,

- Nizami TKQ: ATS 421/371/374/377/ 579/477/478/571,

- Sabunçu TKQ: ATS 425/427/428/450/451/550/551/455/452/457,

- Xəzər TKQ: ATS 453/454//456/459/457.

 Təmir-bərpa işləri beş ay ərzində başa çatacaq.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.