Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016 / 13:19

"Azərbaycanda analoq yayım dekabrın 1-də dayandırılacaq. Hazırda çox az yerdə rəqəmli TV yayımı yoxdur. Həmin yerlərdə analoq yayımın dayandırılması bir qədər ləngiyə bilər”.

Xeberler.az-ın məlumatına görə, bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

O qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi bu məsələ ilə monitorinqlərə başlayıb:

“Artıq həmin ərazilər üçün kiçik TV vericiləri sifariş verilib. Televiziya vericiləri yaxın vaxtlarda gətiriləcək. Bildiyiniz kimi, verici, qəbuledici və paylayıcı şəbəkə mövcuddur. Söhbət indi televiziya verici şəbəkənin rəqəmli yayıma keçməsindən gedir. Azərbaycan əhalisinin 99%-i rəqəmli vericilərlə əhatə olunub”.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib. (APA)

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.