Bəzi kompüter və telefonlarda saat avtomatik geri çəkiləcək

27-10-2017 / 14:17

Məlum olduğu kimi,  oktyabrın 29-da 70-yə yaxın ölkədə yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək.

Azərbaycan da daxil olmaqla dünyanın 130 ölkəsində isə saatların əqrəbləri geri çəkilməyəcək.

Qeyd edilir ki, oktyabrın 29-da bir sıra telefon, o cümlədən smartfonlarda, habelə kompüterlər və digər İKT sistemlərində saatların avtomatik olaraq bir saat geri çəkiləcəyi istisna edilmir.

Hər il saatların çəkilməsindən İKT istifadəçilər əziyyət çəkir.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, Osman Gündüz Xeberler.az-a bildirib ki, istifadəçilər özlərinin istifadə etdikləri əməliyyat sistemləri və avadanlığı yeniləməlidir:

“Bu problemin yaşanması avadınlığın yenilənməməsi ilə bağlıdır. İstifadə olunan bəzi proqram təminatları, əməliyyat sistemləri avadanlıq var ki, onlarda köhnə əməliyyat sistemlərindən istifadə olunur və yenilənmə işləri aparılmayıb. İlk növbədə, istifadəçilər özlərinin istifadə etdikləri əməliyyat sistemləri və avadanlığı yeniləməlidir. Bundan başqa, vaxtilə müəyyən tarixdə saatın dəyişdiyini unudanlar üçün xəbərdarlıqlar olmalıdır. Mən özüm az qalsın bu məsələni unutmuşam".

Onun sözlərinə görə, aidiyyatı qurumlar əhaliyə xəbərdarlıq etməldir:

"Yaxşı olar ki, aidiyyatı qurumlar əhaliyə xəbərdarlıq etsin. Bildirsin ki, yenə də bu problemlə üzləşə bilərsiniz və bu halda hansı addımlar atılmalıdır. Elektron Təhlükəsizlik Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumlarının bu məsələ ilə bağlı xəbərdarlıq mesajları verməsi istifadəçilər üçün yaxşı olardı”.

Ekspert qeyd edib ki, yeni bir əməliyyat sistemi, yeni avadanlıq olduğu halda saatla bağlı problem yaşanırsa, o zaman Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ona yardımçı ola biləcək qurumlar bu problemi həl etməlidir.

Osman Gündüzün sözlərinə görə,  komitə bu işləri həyata keçirən qurumlarla əlaqəyə girib yeni standartlarla bağlı yeniliklərin öz əksini tapmasına nail olmalıdır:

“Elə nəhəng ölkələr var ki, onların İKT bazarı bütün şirkətlər üçün cəbedicir. O ölkələr üçün şirkətlər hər şey edirlər. Amma Azərbaycan kimi balaca texnologiya bazarı olan ölkələr şirkətlər üçün cəlbedici deyil. Ona görə bu məsələdə biz özümüz maraqlı olmalıyıq. Bayaq dediyim dövlət qurumları dərhal hərəkətə keçməlidir və böyük şirkətlərlə işlər aparmalıdır".

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.