“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017 / 12:28

Big Data XXI əsrin qlobal çağırışlarından biridir”.

Bu barədə Xeberler.az-a  AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Big Data-nın önəmindən danışarkən deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası Big Data-nın tədqiqi üçün “Horizon 2020” proqramı çərçivəsində 120 milyon avro həcmində investisiya ayırıb:

“Big Data-nın analizi və onlardan yeni biliklərin əldə olunması müasir elmin qarşısında aktual və həlli çətin olan multidissiplinar problemlər qoyub.  Bu da elmdə yeni bir istiqamətin – verilənlər haqqında elmin (Data Science) meydana gəlməsinə və yeni mütəxəssislərin – verilənlərin emalı üzrə alimlərin yetişməsinə (Data Scientist) səbəb olub”.

Akademik qeyd edib ki, elektron elmin şəbəkə platforması olan AzScienceNet-in Data Mərkəzinin imkanlarının genişləndirilməsinə baxmayaraq, mərkəzin resurslarından səmərəli istifadə olunmur:

“Belə ki, müxtəlif elm sahələrində aparılan araşdırmalar nəticəsində əldə olunmuş məlumatların toplanması, saxlanması və emalı üçün Data Mərkəzin və Big Data analitikası texnologiyalarının verdiyi imkanlardan lazımi səviyyədə istifadə olunmur. Onların həlli üçün universal kadrların (Data Scientist, Data Analysist, Data Engineer) hazırlığına böyük ehtiyac yaranıb”.

R.Əliquliyev beynəlxalq qurumların çağırışlarını və problemin aktuallığını nəzərə alaraq, 2013-cü ildən etibarən ölkəmizdə də bu istiqamətdə tədqiqatlara başlanıldığını diqqətə çatdırıb:

“2014-cü ildən başlayaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda SOCAR və AR Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və Big Data-nın müxtəlif problemlərinə həsr olunmuş qrant layihələri yerinə yerinə yetirilmiş və bu istiqamətdə işlər davam etdirilir.

Rəhbərlik etdiyi qurumda 2014-cü ildən başlayaraq Big Data-nın müxtəlif problemlərinə həsr olunmuş qrant layihələrinin yerinə yetirildiyini qeyd edən akademik bu istiqamətdə işlərin hazırda da davam etdirildiyini vurğulayıb:

Ölkəmizdə Big Data və superkompüter texnologiyaları sahəsində araşdırmaların vəziyyəti haqqında məlumat verən akademik kompüter şəbəkələri əsasında virtual superkompüterlərin sintezi üçün  modellərin təklif  olunduğunu, Big Data-nın klasterləşdirilməsi üçün effektiv reprezentativ metodların işləndiyini deyib.

Bildirib ki, ölkəmizdə Big Data sahəsində 20 elmi məqalə, 62 konfrans materialı, superkompüter sahəsində isə 54 elmi məqalə, 44 konfrans materialı hazırlanıb.

O, Big Data, Data Science, proqram mühəndisliyi və superkompüter texnologiyaları sahəsində kadr hazırlığının zəruriliyini önə çəkərək, qeyd edib ki, ilk növbədə, AMEA-nın magistraturası və doktoranturasında bu sahələr üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməlidir.

Günel

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.