Bill Gates seriala çəkiləcək

21-02-2018 / 16:40

Milyarder Microsoft şirkətinin yaradıcılarından biri olan Bill Gates "Böyük partlayış nəzəriyyəsi" serialına çəkiləcək.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, o, qonaq ulduz qismində çıxış edəcək.

Onun iştirakı ilə olan epizodun premyerası bu ilin martında keçiriləcək.

Ümumiyyətlə, "Böyük partlayış nəzəriyyəsi" serialında dəfələrlə elm və iş dünyasının ulduzları, o cümlədən alim Stiven Hokinq çəkilib.

Qeyd edək ki, bu, B.Gates üçün ilk belə təcrübə deyil. O, 2001-ci ildə Freyzer sitkomunda özünü canlandırıb. (Report) 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə