Bill Gates sərvətini kimə bağışlayacaq?

03-02-2016 / 11:56

87.4 milyard dollar  ilə dünyanın ən varlı insanı  olan Microsoft-un qurucusu Bill Gates sərvətini necə xərcləyəcəyi ilə bağlı radioda açıqlama verib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, açıqlamada Gates sərvətini övladlarına miras qoymayacağını deyib.

O qeyd edib ki, bununla bağlı fərqli məqsədləri var.

Bill Gates deyib ki, sərvətini övladlarına bağışlamaq  əvəzinə bunu maddi vəziyyəti ağır olan insanlara verəcək.

Gates hesab edir ki, bu miqdarda  sərvətini uşaqlarına versə, bu, onların gələcəyi üçün yaxşı olmaz:

“Bu qərarı almağımda həyat yoldaşım  Melindanın büyük  təsiri oldu. Övladlarımız bizim köməyimizə ehtiyac duymadan özlərinə yaxşı karyera,  həyat qurmalıdır ki, gələcəkləri sağlam olsun”.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə