Bill Gates: “Övladlarıma 14 yaşa qədər mobil telefon almadım”

24-04-2017 / 11:24

Məlum olduğu kimi, bu gün texnologiji avadanlıqlar insanların işini olduqca rahatlaşdırır. Yeni texnologiyaların müsbət tərəfləri çox olsa da, bəzi mənfi təsirləri də özünü göstərir. Xüsusən də uşaqlar üçün bu kimi avadanlıqların təhlükəli olduğunu ekspertlər mütəmadi vurğulayıb.

Son vaxtlar texnologiyaların insanları özündən asılı vəziyyətə salması ən çox müzakirə edilən mövzulardandır. Bundan isə əksər vaxt daha tez təsirlənən azyaşlılar olur. Bu gün 1-ci sinif şagirdinin belə mobil telefonu və planşeti var.

Bəzən valideynlər uşaqlarının texnologiyalardan istifadəsində limiti müəyyən edə bilmir və bunun da nəticəsində uşaqların psixologiya, sağlamlığında ciddi problemlər yaranır.

Dünyanın texnologiya sektorundakı nəhənglərdən Bill Gates bununla bağlı fərqli fikirdədir.

Gates yeniyətmə çağında olan olan uşaqlarının texnologiyalardan istifadəsində bəzi məhdudiyyətlər olduğunu deyib.

Xeberler.az bildirir ki, Daily Mirror qəzetinə müsahibə verən Gates uşaqlarının başda telefon olmaqla bir çox texnoloji avadanlığa sahib olmaq istədiklərini, amma onlara yalnız 14 yaşında telefon aldıqlarını qeyd edib.

Saray kimi evdə yaşasalar da, Gates övladlarına texnoloji cihazlardan istifadədə bəzi qaydalar qoyub.

Onun sözlərinə görə, uşaqlar üçün ekrandan uzaq durması vacib olan bir vaxt təyin edilib. Belə ki, onlar qeyd edilmiş vaxtda yatmağa gedir.  

Gates uşaqlarının texnoloji alətlərdən yalnız faydalı iş üçün istifadəsini dəstəkləyir.

14, 17 və 20 yaşlarında üç övladı olan Gates  uşaqlarının ev tapşırıqları və yaxud da dostları ilə əlaqə saxlamaq üçün texnologiyadan faydalı şəkildə  istifadəsini təmin etməyə çalışdıqlarını deyib:

“Evdə yemək yeyərkən masada mobil telefonlarına icazə vermirik. Uşaqlarımıza 14 yaşına gələnə qədər mobil telefon almadıq. Digər həmyaşıdlarına çox  erkən yaşda  mobil telefon alındığı mövzusunda davamlı şikayət edərdilər. Uşaqlarla keyfiyyətli zaman keçirmək olduqca əhəmiyyətlidir”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.